- Zeynəddin müəllim, mənim yaradıcılığımda əsasən
dörd mövzu qırmızı xətlə keçir desəm, elə bilirəm ki, yanıl
maram, bu yöndə doğulub boya-başa çatdığım, ana beşi
yim, ata ocağım Qubadlı və qubadlılar, üzdəniraq qonşu-
larımızla məlum savaşdakı itkilərimiz, polisin tarixi və
onun görkəmli adamları, bir də Qusar və qusarlılar barədə
silsilə yazılarımı vurğulardım. O baxımdan oxucu müha
kiməsinə verməyə çalışdığım bu kitabım da qusarlılara yeni
bir töhfəm olsun. İnanıram ki, qusarlılar bu kitabı oxuduq
ca Sizin qayğılı gözlərinizi, nurlu simanızı, ciddi çöhrənizi
görəcək və Sizin simanızda xalqımıza, dövlət və dövlət
çiliyimizə sədaqət rəmzi olan ürəyinizin döyüntülərini eşi
dəcək və bir daha Qusarla doğmalaşacaq, dostluqda səda
qət nümunəsi göstərəcək, Vətənə - Azərbaycan adlı möhtə
şəm məmləkətimizə məhəbbət yanğısı ilə bağlanacaq, və
zifə kürsüsündə, tutduğu peşədə daha çox xeyirəməl sahibi
olacaqlar.
Əziz dost, bu fikrimə münasibətiniz maraqlı olardı.
- Elbrus, əzizim mən Sizin səmimiyyətinizə də inanı
ram, qələminizin qüdrətinə də, həmçinin həmyerlilərimin
nəyin pis, nəyin yaxşı olmasını saf-çürük etmək bacarı
ğına da, qaranı ağdan seçə bilmək fəhminə və bir də hər
hansı məsələdən düzgün nəticə çıxarda bilmək qabiliy
yətinə də.
- Zeynəddin müəllim, siz tarixçi olmağınızla bərabər
mən deyərdim ki, həm də ədəbiyyatçısınız. Yaddaşınıza da
söz ola bilməz.
Onu da qeyd edim ki, hər şeyin əvvəli kimi, sonu da
olur. İndilikdə bizim aramızda olan müsahibəmiz də, söz-
söhbətimiz də sona yetir. Və mən söhbətlərimiz zamanı
dəfələrlə vurğuladığım kimi Sizə ilahidən 100 il ömür diləyi
Dostları ilə paylaş: