'Elbrus Şahmar
Biz onunla yenidən görüşəndə, mən artıq Azərbaycan
Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib, Hil
kənd orta məktəbində müəllimlik edirdim...
Biz evlənməyə qərar verdik. Bütün tanış-bilişim,
qohum-əqrəbam məni bu fikirdən döndərmək istədi. Ailə
üzvlərimiz də bu izdivacın əleyhinə oldu. Ona könül
verib sevdiyimə, onunla evlənməyimə görə heç vaxt peşi
man olmamışam. Əksinə, əgər yenidən doğulsaydım, ye
nə də onu seçər, ömrümü onunla bağlamaq istəyərdim.
Onunla birlikdə sürdüyüm ömrümün hər anı mənim
üçün maraqlı və mənalı olub. İstər evin təsərrüfat işlərin
də, istərsə də istirahətdə və gəzintilərdə bir yerdə olmu
şuq, bir-birimizə dayaq durmuşuq. Yaxşı günlərimiz də
olub, çətin günlərimiz də. Heç kəsin minnətini götürmə
mişik, heç kəsdən asılı vəziyyətə düşməmişik. Əlimizin
zəhmətilə dolanmışıq, işləməkdən həzz almışıq. Xoşbəxt
liyi, səadəti halal zəhmətdə, bircə əməkdə tapmışıq. On
dakı yaşamaq eşqi, ruh yüksəkliyi, həyat eşqi hər zaman
məni də nikbin olmağa vadar edib, məni bədbin olmağa,
həyatdan küsməyə qoymayıb. O, əlində olanlara görə
şükür edən, onlardan həzz alandır. Zərrə qədər də paxıl
lığı yoxdur. Aza qane olan, əlinin zəhmətilə dolananlara
rəğbət bəsləyən, rüşvətxorlara, mala-pula hərislərə nifrət
edəndir.
Mən özümü onunla hər zaman bəxtiyar sanmışam.
Bir-birimizdən ayrı qaldığımız günlərimizi barmaqla say
maq olar. O mənim yanımda olmayanda özümü tənha
hiss edirəm, hər yer mənə darıxdırıcı və maraqsız görü
nür. Bizim aramıza girib, bizi ayırmaq istəyənlər də olub.
Amma niyyətləri baş tutmayıb. Biz bir-birimizi yaxşı
tamamlayırıq, bir-birimizdən ayrı özümüzü yanmçıq hiss
262________________ ___
edirik. Biz iki bədəndə bir can kimiyik. Birimizin kədəri o
birinizi də kədərləndirər, sevinci isə o birimizi də
fərəhləndirər.
Aramızdakı yaş fərqimizi heç vaxt duymamışam. İllər
ötsə də onun bahar duyğulu qəlbi daima gənclik şövqi ilə
alışıb yanmaqdadır. Gənclərə məxsus coşqun təbiətinin
nəticəsidir ki, onun əksər dostları özündən qat-qat cavan
adamlardır. O dostcanlı, dostluqda sədaqətlidir. Qapısı
daima dost-tanışlarının üzünə açıqdır. Axırıncı tikəni də
onlarla bölüşər, köməyini onlardan əsirgəməz. Dost yo
lunda ölümə belə gedər. Belələri haqqında deyirlər: «Ona
güvənmək olar». Nə qədər zəhmli görünsə də, qəlbi uşaq
qəlbi kimi təmiz, kövrəkdir. Ona qarşı pislik edənlərə
belə kin saxlamaz, onların səviyəsinə enib əvəz çıxmaz.
Zeynəddin müəllim dostlarına, qohumlarına, qonşu
larına qarşı mehribandır, onların xeyir və şərində ya
xından iştirak edər, sevinc və kədərlərinə şərik olar. O,
həmişə haqq-ədalət tərəfdarı olur, zəiflərin, arxasızların,
haqqı tapdananların tərəfini saxlayır, onların haqlarının
müdafiəçisi olur. Heç vaxt özünü düşünməz, başqala
rının harayına, köməyinə qaçan, yetimə əl tutan, kim
səsizə qahmar çıxandı. Bunlar gəlişi gözəl sözlər deyil.
Birgə yaşadığımız illərdə şahidi olduğum, iştirak və
müşahidə etdiyim belə hadisələrdən nə qədər desəniz
misal gətirə bilərəm.
Mən Zeynəddin müəllimin elədiyi yaxşılıqları bir-bir
sadalamağı lüzum bilmirəm. Bu, başlara qaxınc olardı.
Ancaq yaxşı olardı ki, bəziləri özlərindən soruşaydı ki,
bəs biz Zeynəddin müəllimin yaxşılıqlarına necə cavab
vermişik? Onun işləmədiyi, fəaliyyətdə olmadığı bu son
illərdə ondan necə hal-əhval tutmuşuqnıu?
___________________________________________________________________________________
Dostları ilə paylaş: