Bir adamı həmişə aldatmaq olar, bəzi adam
lan müəyyən vaxt aldatmaq olar, lakin xalqı1
daim aldatmaq olmaz.
A. Linkoln
Ata yurdumuzdan ilham almasaq,
Zaman ağac kimi qurudar bizi.
i
Hüseyn Arif
Evdə arvadına sözü keçməyən,
İndi koxa olub, el dolandınr.
Aşıq Alı
Nə tirəbəxt olduq bu Qarabağda.
Q.Zakir
Mən həyatda yanız yaradanıma, zəhmətimə
və bir də xalqıma arxalanmışam.
Heydər Əliyev
Kim müxalifətdə durursa dursun, ancaq və
təninə, mənəviyyatına, məsləkinə müxalifətdə
durmasın.
Heydər Əliyev ле~)
Biz bu aləmə bir eşq üçün ah etməyə gəldik.
Cəlaləddin Rumi
Allahım, səndən başqa heç
nəyi olmayan mən,
səndən başqa hər şeyi olanlara yazığım gəlir.
Konfuts
Qusar deşiyim mənim
İKİ KÖNÜL BİR OLSA...
Kim mənim eşqimə haqq versə, əgər duysa məni
Çəkərəm minnətini gündə onun min dəfə mən.
Yar ilə olduğum anlar mənə
dünyadan əziz,
Ey könül, dərdin əzizdir, tut əziz sən də onu.
Qeys ibn Müləwəh (Məcnun)
Tanınıb seçilən hər bir kişinin arxasında ağıllı bir
qadın durur.
Bayram Məmmədov
Başlıqda verdiyim bu misra bir mahnının sözlərin
dəndir. Yəni önəmli odur ki, iki könül bir olsa, bir-biri
nin gözü və duyğuları ilə ətrafa baxsa, bir-birini ürəkdən
sevsə, onlara heç kim, heç nə deyə bilməz. Birdən deyən
olarsa, demək həmin adam duyğusuz və qəlbsiz adamdı.
Heç şübhəsiz sevənlər, istək və məhəbbətin nə olduğunu
bilənlər elə adamların sözlərini qəbul etməzlər.
Mən kitab üzərində işləyərkən həyat yoldaşım Raya
xanım Musa qızı ilə qırx gündən çox Zeynəddin müəl
limin evində olduq, çörək kəsib, söhbət etdik. O günlər
mən Zeynəddin müəllimlə ömür yoldaşı Şərqiyyə xanı
mın münasibətlərində, aralarında olan yaş fərqlərini sez
dirməyən böyük bir sevginin və məhəbbətin şahidi ol
dum. Və başqa bir mahnının sözləri yadıma düşdü: «Ya
şın nə fərqi var». Bəli təki ürək sevsin: təki könüllər bir
2 5 7
olsun. İlk öncə Şərqiyyə xanımın tərcümeyi-halı ilə tanış
olaq, daha sonra onun özünü dinləyək.
Çələbova Şərqiyyə Rəcəb qızı, 19 yanvar 1960-cı ildə
Qusar rayonun Hil kəndində anadan olub.
Atası Qayıtmazov Rəcəb Eyyub oğlu ömrüboyu dül
gər işləyib. Hazırda təqaüdçüdür, həmin kənddə yaşayır.
Anası - Qayıtmazova Fatimə Fərəməz qızı, evdar
qadın olub, 2002-ci ildə vəfat edib.
Ailədə 3 qardaş, dörd bacı olublar.
Böyük bacısı İlyasova Simnarə ailəlidir, üç övladı
var. O, Qazaxıstanın Oktai şəhərində yaşayır.
Böyük qardaşı Qayıtmazov Eyyub ailəlidir, altı övlad
atasıdır. Hil kəndində atası ilə birlikdə yaşayır.
Qardaşı Qayıtmazov Rahib, Oktai şəhərində yaşayır,
ailəlidir, üç övladı var.
Bacısı Bədəlova Elyana Oktaida yaşayıb, ağır xəstə
likdən sonra 1999-cu ildə dünyasını dəyişib. Onun həyat
yoldaşı Bədəlov Ədalət və qızı Mərcan hal-hazırda Qaza
xıstanın Oktai şəhərində yaşayır. Şərqiyyə xanımın kiçik
qardaşı Vacib Qusar şəhərində yaşayır, ailəlidir, bir qızı,
bir oğlu var. Kiçik bacısı Sveta da ailəlidir. İki övladı var,
Qusann köhnə Xudat kəndində yaşayır.
Bir daha qeyd edim ki, o günlər doğma bir ailənin
üzvü kimi doğmalaşdıq, bir-birimizi daha yaxından tanı
dıq. Mən Zeynəddin müəllimlə Şərqiyyə xanımın müna
sibətlərində böyük bir səmimiyyət və baxışlarında pak bir
məhəbbətin yanğısını görüb-duydum. Nə vaxt Zeynəddin
müəllimlə söhbət etdimsə sədaqətli bir ər gözümdə can
landı. Nə vaxt Şərqiyyə xanımla həmsöhbətdə oldumsa
ərinə vəfalı və məhəbbət yanğısına pərvanə olan bir xa
nım gözlərimdə və qəlbimdə müqəddəsləşdi. Dönə-dönə
Dostları ilə paylaş: