Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə135/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   131   132   133   134   135   136   137   138   ...   174
‘E fim s Şahmar
Bir  dəfə  də  bir şagirdin  yazdığı  tapşırığa  «2»  qiyməti 
verdim,  o  da  öz dəftərini  cırıb atdı.  Mən  onu  dərsimdən 
qovdum.  Dəhlizdə  həmin  şagirdlə  rastlaşan  Zeynəddin 
müəllim  onu  müəllimlər  otağına  aparıb  sorğu-sual  edir. 
Tənəffüsdə  məni  çağırtdırıb  soruşdu  ki,  şagirdi  dərsdən 
nə haqla  qovmusan?  Hadisəni danışdım.  Dedi  ki, şagirdi 
dərsdən qovmaq  tərbiyə metodu deyil.  Bununla problemi 
həll  etmək  olmaz.  Yalnız  səriştəsiz  müəllimlər  belə  hərə­
kətə yol  verir.  Mən ağladım. Onda o, həmin şagirdə tərəf 
dönərək:  «Müəllimən  niyə  ağlayır?  Sən  dəftəri  cırmaqla 
çox pis iş tutmusan. Get, müəlliməndən üzr istə» -  dedi.
Şagird də ağladı və məndən üzr istədi. O şagird Qusar 
rayonun  Yasab  kəndindən  Aydəmirov  Nəbi  Həsrət  oğlu 
idi.  Həmin  hadisədən  sonra,  o  mənim  dərsimdən  həmişə 
«5» qiymət alırdı.  Məktəbi «5»  və «4» qiymətlərlə bitirdi. 
Bizim  ən  nümunəvi  şagirdlərimizdən  biri  oldu.  O,  hal- 
hazırda  da  Zeynəddin  müəllimi  bir  oğul  məhəbbəti  ilə 
sevir və bizdən tez-tez xəbər tutur.
Üstündən  illər  keçəndən  sonra  pedaqoji  təcrübəm, 
müəllimlik  səriştəm  artdıqca  Zeynəddin  müəllimin  məni 
haqlı  olaraq  danladığını  anladım.  O,  biz  müəllimləri 
yığaraq  deyirdi:  «Kim  ki,  hər  bir  şagirdə  öz  balası  kimi 
münasibət  bəsləmirsə,  xahiş edirəm,  sabahdan  işə çıxma­
sın,  maaşınızı  da  evinizə  göndərərik.  Təki  sizin  mənfi 
münasibətiniz  uşaqların  tərbiyəsini  korlamasın».  Şəxsən 
özü  tez-tez  uşaqların  əyin-başlarını,  hətta,  dırnaqlarını 
yoxlayırdı.  Uşaqlar  yemək  yeyərkən  qəfildən  yeməkxa­
naya  gələr,  onlarla  oturub  xörəklərindən  dadar,  key­
fiyyəti  yoxlayardı.  Onun  kabinetdə  oturduğu  vaxtlar  az 
olurdu.  Həmişə  şagirdlərin  arasında,  kollektivlə  birlikdə 
olardı.  Onun  olduğu  yerdə  həmişə  qaynar  həyat  hökm 
sürürdü.
266
Zeynəddin  müəllim  bir  ər  kimi,  ömür-gün  yoldaşı 
kimi  də  mənim  gözümdə  öz  böyüklüyünü,  əzəmətini 
qoruyub saxlayıb. O heç zaman, heç nədən şikayət etməz, 
hər  bir  çətinliyi  soyuqqanlılıqla  qarşılayar,  problemləri 
özünəməxsus ciddiyyət  və  yumorla  həll  etməyə çalışardı. 
Heç  vaxt  ağrıdığını  deməyən,  xəstəliklərindən  danışıb 
başqalarını bezdirməyəndi Zeynəddin müəllim.
Bu  yaxınlarda  üzərində  cərrahiyyə  əməliyyatı  apa­
rılıb,  böyrəyinin  birini  götürüblər.  Əməliyyata  gedərkən 
həkimə  dedi  ki,  səndən  bir  xahişim  var,  o  böyrəyimi 
çıxardanda ona tüpürüb, sonra atarsınız, o mənə xəyanət 
etdi.  Bax,  belə  adamdır  Zeynəddin  müəllim,  əməliyyata 
da  gülə-gülə  getdi,  həkimləri  də  güldürdü.  O  həyatın 
bütün  zərbələrini  mətanətlə,  ah-uf  etmədən  dəf  etməyi 
bacarır.  Ondakı  iradəyə,  dözümə  heyran  olmaya  bilmir­
sən.  Onunla  bir  yerdə  yaşayandan  sonra  həyata  nikbin 
baxmağı  öyrəndim.  Həyatı  gözəllikləri,  çirkinlikləri  ilə, 
olduğu  kimi  sevməyi  bacardım.  İnsanlarda  yaxşı  məziy­
yətlər  axtarıb  tapmağı  öyrəndim.  Hər  dəfə  o  yeni-yeni 
tanışlar,  dostlar  tapdıqca,  yeni  bir dünya  kəşf etmiş kimi 
sevinir.  Dost-tanışları  ilə  fəxr  edir,  öyünür.  Dostları 
özünün var-dövləti bilir.
O  məndən  heç  nəyi  əsirgəməz,  arzularımı  həyata  ke­
çirməyə  çalışar,  heç  vaxt  mənimlə  umu-küsü  etməz,  tez 
acıqlandığı  kimi,  tez  də  hirsi  soyuyar.  O,  həmişə  mək­
təbdəki işimlə maraqlanar, məsləhət  və köməyini məndən 
əsirgəməz.  Şagirdlərim  müvəffəqiyyət  qazananda,  ali 
məktəblərə  qəbul  olunanda  məndən  çox  sevinər  və  mə­
nim də sevincimə şərik olar.
Biz ər-arvad  olmaqdan  əvvəl  dostuq.  Həmişə hər şeyi 
onunla  bölüşürəm  və  ondan  yaxın  dostum  -   sirdaşım
__________________ __________

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin