Zeynəddin müəllimin Qubanın Aşağı Xuc kəndində ya şayan bacısı oğlu Fayəddin Seydulla oğlu Paşayevin qo nağı olub, onunla və onun qardaşı Rəsulla söhbət etdim, dayılan barədə ürəkdolu sözlərini dinlədim, tki qardaş
dayıları barədə fəxarətlə danışdılar, onu güman yeri,
uman yeri, güvənc yeri, dayaq yeri bildiklərini dönə-dönə
vurğuladılar. Və bir daha dedilər kir biz hər zaman Zey nəddin kimi dayımızla fəxr etmişik, elə bir ağsaqqalımız
olduğuna görə Allaha şükran olmuşuq.
Yaşadığı Aşağı Xuc kəndindəki orta məktəbdə di
rektor müavini olan və tarix fənnindən dərs deyən Rəsul
müəllim belə bir söz də dedi: - Ailənin ruzusuna görə bir
Allahıma, yerdə isə Zeynəddin dayıma borcluyam. Onun
boynumda haqqı çoxdur. Dayım ali təhsil almağımda
mənə dayaq olub. O illər tez-tez məndən xəbər tutub,
maddi və mənəvi köməkliyini məndən əsirgəməyib.
2 8 8
Sonra ev sahibi, kənddə fermer təsərrüfatı ilə məşğul
olan Fayəddin dayısı barədə odlu-alovlu danışmağını
davam etdirdi:
- Mənim dayımdan olmaz, o bir dənədi. O, təkcə mə
nim dayım deyil, bizim bölgənin dayısı və ağsaqqalıdır.
Dayım həmişə haqqın tərəfində olub və həmişə də haqqı
pozulanlara öz imkanı daxilində köməklik edib, onlara
arxa-dayaq olub. Elə ona görə də məni tanımayanlar
arasında dayımın adı çəkiləndə, çəkinmədən və fəxrlə
demişəm ki, Zeynəddin Çələbov mənim dayımdı.
Bəli, Zeynəddin kimi dayımın olmasını Allahımızın
bizlərə verdiyi böyük töhfəsi hesab edirəm. Bu ahıllaşan
çağında onun qayğısını çəkmək, xidmətində durmaq bir
bacıoğlu, nəhayət bir kişi kimi bizlərin müqəddəs
borcudur.