Vacib Rəcəb oğlu Qayıtmazov Şərqiyyə xanımın kiçik qardaşıdır. O, 1962-ci il, oktyabrın 2-də Hildə anadan
olub. Vacib adı çəkilən internatda və doğma kəndində
oxuyub, orta təhsil alıb. Ailəlidir, elektrik ustası kimi
Qusar şəhərində işləyir.
Mən vaxt tapıb onunla da görüşdüm, Zeynəddin
müəllim barədə ürəyimdən su içən səmimi sözlərini eşit
mək istədim. O da sorğuma böyük ehtiramla cavab verdi:
- Mən də böyük qardaşım Eyyub kimi, bacımız Şər
qiyyənin Zeynəddin müəllimə ərə verilməsinə razı de
yildim. Ancaq sonralar fikrimdə xəta etdiyimi anladım.
Onu da deyim ki, həmin fikrimin bu gün də xəcalətini
çəkirəm. Mən Zeynəddin müəllimi daha yaxından tanı
yandan sonra gördüm ki, o, həm qohumcanlı, həm ailə
canlıdı. Üstəlik də Zeynəddin müəllim el-oba üçün, onun
xoş günü üçün hər bir çətinliyə dözən, bu yöndə həqiqəti
______________________________
Qusar beşiyim tm tıim 2 8 9
Elbrus Şafurnr deməkdən çəkinməyən xeyirəməl sahibidir. Mən Zey
nəddin müəllimlə qürur duyuram və hər zaman onun
xidmətində durmağa, ona kiçiklik etməyə hazıram.