El arasında belə bir deyim var, filankəs canlara dəyən
oğuldur. O mənada Zeynəddin müəllimin rayonun Gədə-
zeyxur kəndində yaşayan bacısıoğlu Yaşar tslamoğln İsla-
movu da canlara dəyən oğul kimi tanıdım, onun dayısına
olan qədirbilənliyinə, səmimiyyətinə, istək və məhəbbətinə
qəlbən inandım və fikirimdə yanılmadığıma da amin oldum.
Mən Yaşarla bir neçə dəfə görüşdüm - dayısı Zey
nəddin müəllimin və bir də onun Gədəzeyxur kəndindəki
evində.
2 9 2
O gün 2011-ci il dekabrın 15 idi. Mən, həyat yoldaşım
Raya xanım, Zeynəddin müəllim və onun könül verib
könül aldığı Şərqiyyə xanımla birlikdə Zeynəddin müəl
limin maşınında Yaşargilə gedəsi olduq. Zeynəddin
müəllimin gözündə cərrahiyyə əməliyyatı aparıldığından
maşını mən sürürdüm.
Artıq, qırovlu payız öz köçünü sürüb yerini qışa ve
rən çağı idi. Biz dağ yuxarı qalxıb dərə-təpələri aşdıqca,
dağların çiyninə qonmuş duman da getdikcə çəkilirdi.
Sanki bununla da qonaqpərvərliyini göstərirdi. Və bütün
xoş görüntülər ürəyimdən qələm dostumuz Şuruyənin bir
bənd şeirini qanadlandırdı.
Baharına vurulduğum dağların,
Payızına, qışına da qurbanam.
Güllərindən pay umduğum çöllərin
Torpağına, daşma da qurbanam.
O gün Yaşarın atası İslam kişi ilə və bütün ailə
üzvləri ilə tanış olduq. Ev sahiblərinin xoş üzləri, xoş
münasibətləri məni də, ömür yoldaşımı da doğmalaşdırdı
o ailəyə.
Bir dəfə Yaşarla Zeynəddin müəllimin evində görü
şəndə, artıq ilıq qış havası idi, bəmbəyaz qar yağırdı.
Adam könül ovlayan bu mənzərəni seyr etdikcə ruhu
dincəlir, ürəyi bir daha yaşamaq həvəsində olurdu.
Yaşarla söhbət edərkən əlimdə qələm, qarşımda ağ
vərəq yox idi. Sözarası dayısının adını çəkdim. Sanki
Zeynəddin adı Yaşarın sir-sifətində və gözlərində pardaq-
lanmış gülə döndü. Böyük bir təhsil görməyən ömrü
boyu dağ kəndində yaşayıb, təsərrüfatla, əkin-biçinlə,
___________________________________ Qusar beşiyim rmnim
2 9 3
^Elbrus Şahm ar
heyvandarlıqla məşğul olan bu boylu-buxunlu oğlan
sözümdən xoşhal oldu.
Bu başdan deyim ki, Yaşarın dediyi sözlər ürəyimdə
və yaddaşımda dərin iz qoydu, söz adamı olmasa da
sözləri qəlbimi sehrlədi. Dediklərim həqiqətdir. Doğur
dan da elə möhür ifadələr var ki, o qəlbində ömrün boyu
yurd-yuva salır.
Sən demə ürəkdən deyilən sözün təsir gücü də çox
olarmış.
Mənə mehriban nəzər yetirən Yaşarın ilk sözü belə
oldu: «Mən dayımı təkcə ona görə çox istəmirəm ki, o,
mənim dayımdı. Ona görə çox istəyirəm ki, o, kişi adam
dı. Heç kimi təkrarlamayan, həmişə özü olan insandı.»
Onun sözləri məhəbbət dolu yanar bir ürəyin odlu
püskürməsiydi deyərdim: - Ürəyimdə nə qədər dəyərli
fikirlər varsa hamısını dayımın ünvanına deyərdim. Heyf
ki, söz adamı deyiləm. Dayım mərd adamdı, acizin,
haqqı tapdalananların havadarıdır. O el adamıdı. Xeyir
xah olduğundan hörmətə layiq kişidi. Inanm ki, dayım
barədə nə qədər xoş söz desəm də azdır. Dayımın gözləri
biz qohum-əqrabanm üstə olub həmişə. Onun evini
doğma evimiz bilmişik. Neçəmiz bu evin, bu ocağın
istisində qızınmışıq. Dayım yaxın qohumlarımızdan olan
neçə-neçə qız köçürüb ər evinə, Şərqiyyə xanımla bir
yerdə xeyir-dualarını verib, dolanışıqları üçün pay verib
lər. Eləcə də neçə-neçə qohum oğlanların toyunu ediblər.
Dayım imkanına görə kimliyindən asılı olmayaraq ondan
kömək umanlann hər birinə əl tutub, hayan olub. Dayı
mın mənim də boynumda haqq-sayı çoxdu. Bu haqq-say
nə ölçüyə gələndi, nə də ki saya.
2 9 4
Dayım ələbaxan yox, eləbaxan kişidi. Allah dayıma
uzun ömür versin ki, bizlər də onun etdiklərinin müqa
bilində ürəyimizcə xidmətində dura bilək, nəsə bir şey edə
bilək. Allah Cağa nənəmə və Ramazan babama min
rəhmət eləsin ki, dayım kimi oğul dünyaya gətiriblər.
Son olaraq deyim ki, Allah dayımı, onun qədrini
bilən bizlərə çox görməsin!
____________________________________ Qusar beşiyim tm nim
2 9 5
al da bilgidən doğar, cavab da.
C.RumA
qədər bilirsən bil, söylədiklərin qarşındakının'
S
- - -anlaya biləcəyi qədərdir.
'л »
С.Лмш/ V J,
H ar
eülüsə
vardım
ləkəli eördüm.
' O rl
Щ
Hər gülüşə vardım ləkəli gördüm,
Hər vicdana girdim kölgəli gördüm.
Hüseyn Cavid
Söz var kəsdirər başı. Söz var kəsər savaşı.
Ş.I. Xətai
Hər şeydən yüksəkdir sözün məqamı.
M. Füzuli
Söz dünyamn naxışıdır.
Nizami Gəncəvi
İnsandan qalacaq sözü yadigar.
Nizami Gəncəvi
İsgəndərin zülmətdə tapa bilmədyini ağ kağız
üzərinə qara mürəkkəblə yazılmış kitablarda
tapmaq olar.
'• Hümam Təbrizi
Sözün qüdrətini söz qanan artırar.
^
Ə. Firdovsi ‘
itabı müzakirəyə vermək yol qırağında ev tik
mək kimi bir şeydir, hər ötən bir söz deyər.
M.S.Ordubadi,
041
4
< ш
1
Pulu hər şeyə qadir edən adamlar özləri pu
üçün hər şeyə qadirdir.
Dante
ədinə əməl etməyən adam etimada layiq'
ZərdüştQ/o
Həqiqətin alovu onu aparanın əlini tez-tez
yandırır.
Dante
Hər bir adam öz dilinin arxasında gizlənir.
Həzrət Əli
Ləkələnməmiş ürəyi qorxutmaq çətindir.
V.Şekspir
Əməlsiz cənnət istəmək günahdır.
Məruf Kərxi
Bünövrəsi boş olan bu dünyada doğruluq,
əhdə vəfa axtarma.
—
Hafiz Şirazi
Mən həyatın bütün zövq səfasından istifadə
j
Ä ^ edə bilərəm. Lakin mənim bütün
q ə l b i m , ^
fikrim iztirab çəkənlərin yanındadır.
V.Hüqo
Ağıllı sual elmin yarısıdır.
Məhəmməd peyğəmbəı
Qusar 6efiyim mənim
ÜRƏKDƏN SU İÇƏN
XATİRƏLƏR
Mənim boynumda bir kimsənin
haqqı varsa, o haqqı heç vaxt
unutmadım. Bir kimsə ilə tanış ol
dumsa, o kimsə heç vaxt diqqə
timdən kənar olmadı.
Əmir Teymur
Mən insanlar arasında münasibət
də həmişə dostluq və səmimiyyət
axtarıram.
Mirzə Kazımbəy
Sevgi hissi və duyğusu insanda ən ali, ən ülvi duy
ğudur. Belə bir ülvi keyfiyyətlər kimdə yoxdursa, onun,
«mən insanam» deməyə də haqqı yoxdur. Sevgi var ki,
onu pünhan yaşadırsan, sevgi də var ki, onu ətrafında
olan, səni tanıyan, səninlə münasibətdə olan hər kəs, sö
zün və əməlinlə tanıyır, onu təqdir edir. Bu sevgi Alla
hına, Vətəninə və xalqına olan sevgi və məhəbbətdir. Belə
ali duyğuların daşıyıcıları harda, hansı vəzifədə, hansı
imkanda, hansı yaşda olmasından asılı olmayaraq yüzlə
rin, minlərin, milyonların arasında seçilir, sayılır və se
vilirlər. Elə insanlar öz əməlləri və fəaliyyətləri ilə, təkcə
özünə, ailəsinə, dost-tanışına deyil, ümumən el-obası
üçün, xalqı üçün yetərli işlər görür. Onu da deyim ki, elə
insanların həyat yolları da həmişə çətinliklərdən keçib,
2 9 9
zaman-zaman həyatın boz üzünü görüb, sonda isə savab
yiyəsi kimi alqışlanıb. Elə insanlardan biri də, əsərimizin
Dostları ilə paylaş: |