Elbrus Şahmar
normal təhsil almaları da, yemək-içməkləri də, sağlam
lıqlarının qorunması da arzuolunan səviyyədə idi. İnter
natda şagirdlərin pal-paltannı tikmək və vaxtından əvvəl
cırılıb-sökülən paltarların yararlı hala salınması üçün
dərzilər də fəaliyyət göstərirdi. Bir çox şagirdlər evlərində
görmədiyi qayğı və təminatı internatda görürdü, ona
görə də onlardan neçəsi istirahət günlərində də evlərinə
getmək həvəsində olmazdı. Belə halın özü bir daha Zey
nəddin müəllimin halallığından, uşaqlara, ümumən in
sanlara olan doğma və səmimi münasibətindən irəli
gəlirdi.
Mən sonralar da təhsilimi bir daha Zeynəddin müəl
limin köməkliyi və qayğısı ilə davam etdirmişəm. Ya
dımdadır, bir dəfə xəstələndim, özü məni Bakıya aparıb,
müalicə elətdirdi, şəfa tapmağım üçün xeyli xərc çəkdi.
Dəfələrlə mənə xərclik verdiyi, yaşadığım ünvana pay
göndərdiyi vaxtlar olub. Toyum da onun xeyir-duası ilə
başlayıb.
Mən, ömrüm boyu Zeynəddin müəllimin mənə etdiyi
yaxşılıqları unuda bilmərəm. Axı, onları unutmaq ən
böyük nankorluq olardı. Allah bizləri ondan saxlasın.
Dostları ilə paylaş: