Sonra üzümü ailənin böyük oğlu Eyyuba tutdum, Zey
nəddin müəllim barədə fikirləri ilə maraqlandım. O da
gülə-gülə qayıdıb dedi ki, düzü mən o vaxt Şərqiyyənin
Zeynəddin müəllimə ərə verilməsinə razı deyildim. Hətta
bunu eşidəndə, necə deyərlər daş atıb, başın tutdum. Bu
narazılığım isə onların arasında olan yaş fərqinə görə idi.
Sonralar Zeynəddin müəllimi daha yaxından tanıyandan
və bacımı onunla xoşbəxt olmasını görəndən sonra səhv
etdiyimi anladım. Onu da deyim ki, Zeynəddin müəllim
də atam kimi mənim ağsaqqalım, yol göstərənimdir.