Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


qəhrəmanı  Zeynəddin  Çələbovla  60  ildən  çox  ünsiyyətdə



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə146/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   142   143   144   145   146   147   148   149   ...   174
qəhrəmanı  Zeynəddin  Çələbovla  60  ildən  çox  ünsiyyətdə 
olduğu,  tələbə yoldaşı  Aydın  Babayevdi.  Onun  Zeynəddin 
müəllim  barədə  deyəcəyi  ürək  sözlərindən  əvvəl  özünü 
bir neçə sözlə oxucularla tanış edirəm:
Aydın  Heydər  oğlu  Babayev  respublikamızda  yetə­
rincə tanınan  bir simadır.  O,  1930-cu ildə Qərbi Azərbay­
canımızın  Vedibasar  bölgəsinin  Yengicə  kəndində  ana­
dan  olub.  Aydın  Babayev  bir sıra məsul vəzifələrdə çalış­
mış,  cavan  vaxtlarında  idman  yarışlarında  fərqlənmiş, 
güləş  üzrə  respublikamızda  dəfələrlə  birinci  yerə  çıxmış­
dır.  O,  həm  Azərbaycan  Bədən  Tərbiyəsi  institutunda, 
həm də Azərbaycan  Dövlət Universitetinin  (indiki  BDU) 
tarix fakültəsində Zeynəddin  müəllimlə eyni vaxtda təhsil 
alıb.
Aydın  Babayev  tələbə  yoldaşı  barədə  az  danışdı, 
ancaq ürəkdən danışdı, sözləri əzizləyə-əzizləyə dedi:
«İnsan  ömrünün  ən  gözəl,  ən  qaynar,  ən  arzulu  və 
iddialı  çağları  tələbəlik  günləri,  ayları,  illəridir.  Heç  fərq 
etməz,  istər  o  illərdə  ehtiyac  içində yaşa,  istərsə  də  təmi­
natlı  ol.  Məni  o  illərdən  ayıran  zaman  60  ilə  bərabərdir. 
Bununla  belə  onlar elə  bil  bir  neçə  il  bundan  əvvəl  olub. 
Sanki  əl  uzatsan  o  illərin  yaxasından  yapışarsan.  Çox 
təəssüf ki, bu,  istəkdən, dünyaya  məhəbbətdən  irəli gələn 
duyğulardan  doğan  bir haldır.  Bir şeyə təəssüflənirəm ki, 
o  illərdən  yaddaşımda  qalanlar  çox  azdır.  Ancaq  Zey­
nəddin  Çələbovla  bağlı  olan  günlərim  unudulmazdır. 
Bəlkə də bu ondan irəli gəlirdi ki, hər ikimiz sadə bir ailə­
dən çıxmışdıq və hər ikimiz də ehtiyac içində yaşamışdıq. 
Vaxt  olub  doyunca  yeməmişik  də.  Ancaq  Bədən  Tərbi- 
300
Elbrus Şafımar____________________ ___________________
yəsi  institutunda  oxuyanda  idmanı  böyük  bir  yanğı  ilə 
sevmişik,  əla  idmançı  olmaq  üçün  gecə-gündüzümüz  ol­
mayıb,  müntəzəm  olaraq  məşqlərdə  olmuşuq.  İdmanı 
həm  nəzəri,  həm  də  təcrübü  baxımdan  mənimsəmək 
istəmişik və hər ikimiz də buna  nail olmuşuq -  yarışlarda 
fərqlənmişik.  Məndən  fərqli  olaraq  Zeynəddin  bir  balaca 
davakar  idi.  Kimlərəsə  sataşmazdı,  artıq-əskik  söz  de­
məzdi,  ancaq  kimsə  ona  sataşanda  qabağından  qaçmaz­
dı,  elələrinin  layiqli  payını  verərdi.  Əgər  tələbə  yol­
daşlarımızdan  kimsə  kiminsə  hədəsinin  hədəfi  olsaydı,  o 
vaxt  Zeynəddin  işə  qarışar,  öz  sözünü  deyərdi.  Tale  elə 
gətirdi  ki,  illər  keçəndən  sonra  biz  yenidən  tələbə  yol­
daşları  olduq,  Azərbaycan  Dövlət  Universitetinin  Tarix 
fakültəsində qiyabi  təhsil  aldıq.  Ancaq  o  illər  mən  ondan 
bir neçə kurs əvvəl oxuyurdum.
İndi  hər  ikimiz  ömür  adlı  bir  dağın  zirvəsinə  üz 
tutmuşuq.  O  zirvənin  ömrü  100  illə  ölçülür.  Bəlkə  də  bir 
neçə  il  də  artıq.  Allah  bizi  bir  daha  o  zirvədə  görüş­
dürsün!»
*  
*  
*

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin