ilə əməlinin bütövlüyünə, xeyirxahlığına, ədalətli ol
masına, mərdliyinə və kişiliyinə, dostcanlı, qonaqlı-qaralı
olmasına görə fəth edib. Dövlətimizi və dövlətçiliyimizi
də vəzifələrdə olanda qoruyub, kimlərinsə ona kölgə
salmasına imkan verməyib. Zeynəddin Çələbov özündən
daha çox el-obasına yanımlıdır. Və ömrü boyu bütün
mübarizələri, çalışqanlığı, fədakarlığı, heç bir vəzifə
sahiblərinin qarşısında çəkinmədən söz deməsi də həmin
amalından irəli gəlir. Dəfələrlə şahid olmuşam ki,
kimlərsə onun yanına gəlib doğma bir adam kimi dərd-
sərini, problemlərini ona danışıb, ondan tövsiyələr alıb,
yaxud da onun özünün işə qarışması nəticəsində həmin
şəxsə qarşı olan haqsızlığın qarşısını alıb. Onu da deyim
ki, ona üz tutanlar bütün məqamlarda istər gecə olsun,
istər gündüz, istər toy məclisi, istər yas, istər süfrə ətra
fında olsun, istərsə də rəsmi məclisdə fərq etməyib, çə
kinmədən sözlərini deyiblər. Onu da deyim ki, Zeynəddin
müəllim seçilmiş insanlardandır, sözü üzə deyəndir,
həmişə də yaxşı dost sorağında olandır. Tarixçi oldu
ğundan, mütaliə etməyi də sevəndi. Onu da deyim ki,
Zeynəddin müəllim azərbaycanlılarla ləzgilər arasında
dostluq meyarıdı. Və bu dostluğa kəc baxanların düş
mənidir. Bütün bu dəyərli insani keyfiyyətlərinə görə, o,
el-oba arasında böyük nüfuza malikdir. Mən bayaq de
dim ki, biz 5-6 ildir ki, dostluq edirik. Onu da deyim ki,
həmin zamanın dəyəri 50-60 ilə bərabərdir. Mən ailəmlə
onun,o da bizim qonağımız olub. Və elə vaxtlarda bir
ailənin üzvü kimi oluruq, bir-birimizə ərk eləyirik, şirin-
şirin söhbətlər edirik, birdən yavan çörək də yesək bal
dadır. Vaxt olub məndən də kimlərinsə xahişini edib
Zeynəddin müəllim və mən də imkanım və səlahiyyətim
302
Tlbrus Şahmar_____________________
çərçivəsində həmin işin qanuni həllinə köməklik göstər
mişəm. Elə vaxtlarda məndə böyük bir əminlik olub ki,
Zeynəddin müəllim kimin xahişini edirsə, demək həmin
adamın hüququnu təmənnasız olaraq müdafiə edir.
Zeynəddin müəllimdə dediyim insanı deyərlər oldu
ğundan yüzlərin, minlərin içindən seçilir. Ona görə də, o,
mənim dostum olmaqla bərabər həm də ağsaqqalmadı.
Allah bizləri ağsaqqalsız qoymasın.
♦ * *
Dostları ilə paylaş: