Elbrus Şahmar
Adamlar piştaxta arxasından qalxıb, mənə yaxınla
şırlar. Şirin bir təbəssümlə: - Xoş gəlmisən bizim Qusara,
Məmməd müəllim! Bəs niyə təkcə gəlmisiniz? Dostunuz
Zeynəddin müəllim hanı bəs? Allah eləməsin, yoxsa
aranız dəyib?
Desəm ki, bir incikliyimiz oldu... Kimsə inanmaz!
Lafı uzatsam, eldə deyildiyi kimi. «Qurandan don gey
səm» belə inanmazlar. Dostluğumuza o qədər dərindən
inanırlar ki!..
Boynuma alım ki, çiynimizə aldığımız dostluq tirinin
ağır başı Zeynəddinin üstünə düşür. Bu mətləbi onun bir
təbəssümü ilə deməyim, elə bilirəm sizə ləzzət verər.
Zeynəddini tez-tez Bakı toylarına qonaq çağırırlar:
Duzlu-məzəli söz-söhbətinə görə. Yoxsa məndən beş
betər qara qaşına, qara gözünə baxmayacaqlar onun.
Söz verəndə, Zeynəddin toy camaatını şirin qımışıqlarla
bir süzər, sonra soruşar:
- Siz Məmməd Aslanı tanımırsınız ki?
Çox adam tapılır ki, tanıdıqlarını bildirir.
Zeynəddin əlini yellədər:
- Ay tanıdınız ha!... Məmməd Aslanla dostliıq eləmək
zolaqlı pələngi tutub öpmək kimi hünərdir!...
Bu hesabla, görün, Zeynəddin müəllim məndən nələr
çəkir?!
Burası da var ki, ауп cür olmağıma da dözməz. Dost
dostuna tən gərək!
Qusarın yuxan başında yerləşən sadədən sadə o iki
mərtəbəli evdə məmləkətimizdən kimlər olmayıb! Kimlər
gəlmiş, kimlər getmiş?! Bu ev Zeynəddinin dostlan üçün
Məkkə-Mədinə olmuş!..
310
Zeynəddin müəllim zatən dostluqlar qurmaq üçün
dünyaya gəlmiş möhtərəm bir insandır. Çox insan onun
insani məziyyətlərindən xəbərdar olsa da, sinəsinin altın
da yaşatdığı dünyadan çoxları da xəbərsizdir. Onun
mənəvi dəyərləri yaşanan dostluqlar da üzə çıxır.
Tanrı vergili şairimiz Ramiz Qusarçaylı məni Zey
nəddin Çələbovla tanış edəndə bu adam Qusar rayon
İcra Hakimiyyəti başçılığından çox da keçməmişdi:
Camaat arasında eynən əvvəlki isti münasibət, adamlarla
əvvəlki istiqanlı ovqat yaşantısı ... o üstün vəzifə mə
qamından hər kəsdə eyni heyfsilənmə və çaşqınlıq...
Zeynəddin o zaman və ümumiyyətlə bütün ömrü bo
yu peyğəmbər gözütoxluğu yaşayıb. Onun comərd
liyindən xanımı Şərqiyyə müəllimə necə məmnundur!
Qıldığı namazını ürəkaçıqlıq ilə yerinə yetirdiyindən,
ibadəti bir toz belə qonmadığından Rəbbinə şükür eləyir.
Şərqiyyə müəllimə həm də Zeynəddinin dostu və
bütün qovqalarında silahdaşıdır!
Zeynəddin müəllim ixtisasca tarixçidir. Amma elmin
hansı sahəsini seçsəydi, ona mükəmməl yiyələnərdi.
Yetmiş səkkiz yaşına baxmayaraq dəmir yaddaşına zədə
düşməyib.
Ağlı-təfəkkürü yerli-yerində. Günün və zamanın
hadisələrini dərin məntiqlə dəyərləndirməyi bacarır.
İlk gəncliyindən bəri Azərbaycan türkcəsi ilə və
ləzgicə bədii cəhətdən dolğun və dərin mənalı lirik şeirlər
yazır. Rəhmətlik Bəxtiyar Vahabzadə vaxtilə onun şeir
yaradıcılığı ilə tanış olduqdan sonra şairliyini ara ver
mədən davam etdirməyini Zeynəddinə məsləhət gör
müşdür.
_________________________________
Dostları ilə paylaş: