- Zeynəddin müəllim, deyin, XXI əsrə düşən ömür payınızı necə yaşayırsınız? - Guşənişin həyat sürürəm, həmişə məsuliyyətli vəzi
fələrdə işləyən, gecənin-gündüzün nə olduğunu bilməyən,
istirahət nə olduğunu yetərincə eləyə bilmədiyim haldı,
XXI əsri istirahətdə keçirirəm. Əslində ona istirahət də
demək olmaz, ona görə ki, əsil istirahət, zəhmətdən,
əməkdən, görülən işdən sonra olur. Ancaq mən «Kitabi-
Dədə Qorqud»da Qazan xanın dediyi kimi yata-yata
yanımız ağrıdı, dura-dura belimiz. Üstəlik bir neçə dəfə
üzərimdə cərrahiyyə əməliyyatı aparılıb. Bununla bərabər
həyat inamım, yaşamaq yanğım sozalmayıb. Düzdür
dostlarımın sırası seyrəlib yaşadığımız bu yeni əsrimizdə.
Onların bir çoxu dünyalarını dəyişib, bəziləri də etibarsız
çıxıb mənə. Ancaq nə etmək olar, bu həyatdı, onun çox
üzü var. Əlbətdə, dediyim hallar mənə ağır gəlir, nə yaxşı
ki, mənə sadiq olan həyat yoldaşım və az da olsa hələ də
münasibətini dəyişməyən dostlarım var. Yoxsa dərddən,
fikirdən adamın ciyərləri də xəfənək bağlayar, suçəkən
kağızlara bənzər.
Hələ ki, bu da bir ömürdü, yaşayıram, təki sağlıq
olsun, təki tezliklə torpaqlarımız işğaldan azad olsun,
yurd həsrətində olan yüz minlərlə insan kimi mənim
dostum Elbrus Şahmar da ata ocağına, ana yurduna
ziyarətə gedə bilsin.