- Daxa, deyin, hamıdan yaxşı kimitanıyırsınız və Sizi hamıdan tən-dürüst tanıyan kimdir? - Əlbətdə, hamıdan yaxşı, hamıdan düz tanıdığım,
xasiyyətinə, dünya görüşünə, əqidəsinə, sevinc və kədəri
nə, həyata baxışlarına, maraq dünyasına, zövqünə, istək
və arzularına böyük əminliklə bələd olduğum ömür-gün
yoldaşım Şərqiyyə xanımdır. Məni yaxından, məni oldu
ğum kimi tanıyan, zaman-zaman bütün ağrı-acılarımı
çəkən, məni olduğum kimi tanıyıb dəyərləndirən Şərqiy
yə xanımdır. Bizim xoş və çətin günlərimiz birlikdə olub,
230
həmişə bir-birimizə arxa-dayaq olmuşuq. Həyatda məni
dost-tanış yanında başıuca edən, abır-həyamı gözləyən,
evimi qonaqlı-qaralı edən də Şərqiyyə xanım olub. Mən
vəzifədə olanda da, olmayanda da münasibətlərimiz də
yişməyib. Ona görə də böyük inamla deyirəm ki, biz bir-
birimizi tamamlayırıq, biz bir-birimizin əyarı və məhək
daşıyıq. Belə bir münasibətimizin ömrümüz boyu da da
vam edəcəyinə inamlıyam. Bu sözləri deyərkən «Kitabi-
Dədə Qorqud»dan «...Dəli Domrul boyu» yadıma
düşdü. Boyda göstərilir ki, Əzrayıl Dəli Domrula deyir
ki, mən sənin canını almalıyam, ancaq canının yerinə can
tapsan sağ qalarsan. Dəli Domrul atasına, anasına üz
tutur, onları məsələdən agah edir, ancaq heç biri oğluna
görə canlarından keçmir. Əli valideynlərindən üzülən
Domrul halallaşmaq üçün arvadının yanına gəlib onu
məsələdən agah edir, ona öz vəsiyyətini söyləyir, işin nə
yerdə olduğunu bilən arvadı da ona deyir:
Nə deyirsən, nə ötürsən, Göz açaraq gördüyüm! Könül verib sevdiyim! Qoç igidim, şah igidim... Qarşı yatan uca dağları Səndən sonra mən neylərəm? Yaylayarsam, gorum olsun! Soyuq-soyuq sularını mən içərsəm, mənim qanım olsun! Qızılını-gümüşünü xərcləsəm, kəfənim olsun... Can nədir ki, sənə qıya bilməmişlər ? Yer şahid olsun, göy şahid olsun. ________________________________
Qusar beşiyim mənim 231
Qüdrətli tanrı şahid olsun. Mənim camın sənin canına qurban olsun! Daha sonra boyda göstərilir ki, Allah qadının ərinə
olan böyük sevgisinin mükafatı kimi onlara 140 il ömr
verir və Domrulun can əvəzinə isə Əzrayıl Allahın əmri
ilə onun atasının, anasının canlarını alır.
O baxımdan mən də inanıram ki, Allah bizim məhəb
bətimizi də uzun ömürlü və yaşarlı edəcək.