'Elbrus Şahmar
ögey olsun. Yaxud, əksinə. Bəzən təəssüf hissi də keçi
rirəm. Əvvəllər daha çox müğənniləri dinləyərdilər, indisə
çox halda onlara baxırıq.
Musiqisiz həyat dumanlı-çiskinli bir günə bənzər.
Musiqi ən böyük mənəvi qidadı. Yaşamaq üçün yeməyə
möhtac olduğumuz kimi musiqiyə də ehtiyacımız böyük
dür. Bir də insanı başqa canlılardan fərqləndirən onun
hisslər aləmi olduğu kimi, musiqi duyumu da əsas meyar
sayılır. Qaldı mənim hansı musiqini sevməyimə, onu da
deyim ki, könlümü oxşayan qəlbimi ehtizaza gətirən,
məni düşündürən, məni əyləndirən hər bir musiqi mənə
doğmadır. Xüsusən muğamlarımız və xalq mahnılarımız
mənim qəlbimin məlhəmi, ruhumun aynasıdır. O kəslərə
yazığım gəlir ki, onların qəlbində musiqi xoş duyğular
yaratmır.
Dostları ilə paylaş: