- Zeynəddin müəllim, ən çox xoşladığını/, və sizin əqi dənizə uyğun olan Fikir, yaxud ibrətamiz söz hansıdır? - Sualınıza fikirləşmədən, götür-qoy etmədən cavab
verirəm. Ürəyimə yatan ibrətamiz söz və fikir çoxdur.
Ancaq onların içərisində ürəyimcə, əqidəmcə daha çox
xoş olan Cəlaləddin Ruminin belə bir fikridir: «Ən böyük
ibadət xalqa xidmət etməkdir.»
- Zeynəddin müəllim, muğamlarımıza nccə tərif verər diniz? - Muğamlarımız ulu keçmişimizin yadigarı xalçala
rımıza bənzəyir, min bir çalarlı, min bir rəngli, min bir
çeşidli, əriş-arxaşlı, əlvan naxışlı, könül oxşayan, duy
ğuları dilə gətirən xalçalarımıza.