Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Bildiyimə  görə  ov  həvəskan  olmusunuz,  bəlkə  bu



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə111/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   107   108   109   110   111   112   113   114   ...   174
-  Bildiyimə  görə  ov  həvəskan  olmusunuz,  bəlkə  bu 
yöndə söhbətləşək?
-  Cavan  vaxtlarımda  ov  həvəskarı olmuşam,  Qusarın 
göylərə  meydan  oxuyan  dağlarında,  qayalıqlarında, 
meşələrində ov ovlayıb, quş quşlamağım çox olubdur.
1982-ci  ilin  dekabrın  31-də,  bir  neçə  dost-tanışla 
«Qazanbulaq»  tərəfə  üz tutduq,  «Villis»  markalı maşınla 
dolanbac  yollar  keçib,  nəzərdə  tutduğumuz  yerə  çatıb 
maşından düşdük.  Mən  Dunay adlı  tulamı  da götürmüş­
düm.  Biz  maşından  düşər-düşməz  sürətlə,  özü  də  lopa-

Elbrus Şafumr___________
2 1 2
lopa qar yağmağa  başladı.  Yüngülvari  quş  ovladıq,  son­
ra  odun  yığıb,  tonqal  yandırıb  başında  cəm  olmaq  istə­
dik. Yaman şaxta  idi, soyuq adamın iliyinə kimi işləyirdi. 
Artıq gecə düşmüşdü,  maşın da  ki, yerində elə durmuşdu 
ki,  nə illah etsək də onu  yerindən  tərpədə bilmirdik.  Ona 
görə də yığdığımız odunları dairəvi yandırdıq, özümüz də 
dairənin ortasında oturduq  ki, soyuq  bizi əldən  salmasın. 
Səhəri dirigözlü açdıq.  Səhər açılan  kimi  üz tutduq bizim 
Hil  kəndinə.  Təxminən  17-18km  gedəndən  sonra  kəndə 
çatdıq.  Üst-başımız,  sir-sifətimiz  hisli  olduğundan  dost- 
tanış,  qohum-əqraba  da  bizi  tanıya  bilmirdi.  Tanıyanlar 
da  bu halımıza  təəccüblənirdilər.  Sonra  kənddən göndər­
diyimiz bir traktorla maşını kəndə gətizdirə bildik.
Bir  dəfə  Bakıda  olarkən  dostum  Kərimin  qızı  palto­
sunun yaxalığı üçün məndən  tülkü dərisi  istədi  və mən də 
ona  söz  verdim.  Qusara  qayıdandan  sonra  bir  neçə 
nəfərlə ova getdik  və mən  onlardan  xahiş etdim  ki,  tülkü 
kimə  rast  gəlsə,  ancaq  ayaqlarından  vursunlar,  dərisini 
korlamasınlar.  Onlar  da  dedilər  ki,  bu  çox  müşkül 
məsələdir.  Ovda  biz bir-birimizdən  ayrıldıq.  Mən  bir dal­
da  yer  qaralayıb  oturdum  və  bir  müddət  sonra  gördüm 
ki,  bir  tülkü  qarşı  tərəfimdən  qaça-qaça  keçir.  Tüfəngi 
üzümə  tütdum,  tülkü  bir  maneəni  atlanıb  keçmək  istər-  , 
kən  arxa  ayaqlarını  nişan  aldım  və  gülləm  hədəfə  dəydi. 
Biz  tülkünü  diri  tutduq.  Yoldaşlarım  mənim  ovçuluq 
məharətimi tərifləyəndə mən də bir xeyli qürrələndim.
Bir  dəfə  də  ovda  olarkən  bir  ceyranın  yazıq-yazıq 
mənə baxa-baxa qaçdığnı gördüm, istədim ona atəş açım, 
ancaq  iki  səbəbdən  ata  bilmədim,  birinci  onun  mənə 
yazıq-yazıq  baxması  oldusa,  ikinci  səbəb  isə  rəhmətlik 
Səməd  Vurğunun  yazdığı  «Ceyran»  şeirinin  misralarının
___________ __________ _______ 
Qusar beşiyim mənim
2 1 3


Elbrus Şahmar
yadıma  düşməsi  oldu:  -  «Qıyma  öz  qanına  boyana 
ceyran...»  O  da  yadımdadır  ki,  ceyran  uzaqlaşandan 
sonra  bir  daha  dönüb  mənə  baxdı.  Sanki  bununla  da 
mənə  öz  minnətdarlığını  bildirmək  istəyirdi.  Mən  də 
ürəyimdə,  səni  Səməd  Vurğunun  şeirinə  bağışladım, 
dedim.
2 1 4


[Arif olanın sevgili-cananı Vətəndir,
' Нәш namusu, həm qeyrəti, vicdanı Vətəndir.
Nacı Mail
aız  Azərbaycan  deyəndə  Qafqazı  görürük,1 
) Qafqaz dedikdə həmişə günəşi görürük. 
„  
Y - j f  
M. Tank.  Belarus şairiS/
Hər xalqın dili o xalqın ruhudur.
B. Vahabzadə
Vətənim qalsa əgər cəhlidə yansın bu tənim.
Sona xanım Qarayeva 
Ana vətən -  ulu Tanrı qucağı.
M. Ə. Rəsulzadə
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!
Tofiq Fikrət
İbadət -  xalqa xidmət etməkdir.
Cəlaləddin Rumi 
Əgər  insan  ancaq  özü  üçün  işləsə  bəlkə  də 
məşhur alim, dahi mütəfəkkir,  böyük  şair ola 
bilər,  lakin  o  heç vaxt həqiqətən  kamil və hə­
qiqətən böyük insan ola bilməz.
K. Marks
üzündə  mövcud  olan  bütün  sərvətlər 
qadına olan məhəbbətin gücü ilə yaranmışdır.
M.Qor
Qusar hefiijim mən im
YEDDİNCİ SÖHBƏT
Müəllim adı dünyada ən yüksək addır.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin