- Deyin, kimlər evinizdə qonaq olub və kimləri təbiətin qoynunda, bulaq üstə qonaq eləmisiniz? - Mənim qonaqlarım saya gəlməzdi. Onları sada
lasam uzun bir siyahı alınar. Ancaq bir neçəsinin adını
çəkməsəm də olmaz. Təxminən 1964-cü ilin yay vaxtı idi.
Azərbaycan Elmlər Akademiyasının prezidenti Zahid
2 1 0
Xəlilov, Azərbaycan Pedaqoji institutunun rektoru,
professor Haşım Ağayev, yaxın dostum professor Kərim
Kərimov, MK-nın sabiq katibi Qəzənfər Cəfərli ailələri
ilə birlikdə evimin qonaqları idi. Bir gün, ailə üzvlərimiz
evdə qaldı, biz kişilər isə Qusarın «Qazanbulaq» deyilən
axarlı-baxarlı yerinə getdik. Bulağın suyundan içib, əl-
üzümüzü yuduq. Daha sonra kabab tədarükünə başla
dım. Gördüm ki, hərə bir tərəfə çəkilib, heç kim mənə
kömək etmək fikirində deyil.
Ona görə üzümü onlara tutub, yarıciddi, yarızarafat
dedim ki, bəyəm mən Sizin alanızın nökəriyəm, burda
hamımız bərabərik, ayağa durun, hərəniz bir işin qul
pundan yapışın. Onlar da gülə-gülə ayağa durub bu işdə
hər biri mənə köməkçi oldu. Elə ki, kabab hazır oldu,
baxdıq gördük ki, boşqab götürməmişik. Dedilər bəs
necə olacaq. Dedim narahat olmayın, hər şeyin bir çarəsi
var. Bu sözü deməyimlə də maşınımın disk qapaqlarının
dördünü də çıxardıb bulaq suyunda yaxşı yaxşı yuyub-
quruladım, sonra hazır olan kababları onların içinə
çəkdim. Mənim bu «kəşfim» həm təəccübə, həm də
gülüşə səbəb oldu. Zahid Xəlilov da qayıdıb dedi ki. belə
bir şey bizim heç birimizin ağlına gəlməzdi.
1964-cü ildə Bəxtiyar Vahabzadəni də «Qazanbu-
laq»da qonaq eləmişəm, hər ikimiz təbiətin gözəlliyini
seyr edib onun sehrinə düşmüşük. O gün yaxşı-yaxşı
yeyib içdik, o da bir, iki bənd şeir dedi, mən də. Sonra
qayıdıb bunu da dedi Bəxtiyar müəllim: - «şair olub bu
füsunkar gözəlliyin qoynunda şeir deməmək böyük
günah olardı.»
Şair bu sözündən sonra yenə bir-iki bənd şeir dedi.
Onu da əlavə etdi ki, yazdığı şeirləri yaddaşında az
______________________________
Qusar beşiyim rroııim 2 1 1
qaldığı üçün çox şeir deyə bilmir. O gün mən də bir bənd
dedim:
Dörd yanımız allı çiçək. Badələri doldur içək. Hərəmiz öz yarımızın, Dağlarda da nazın çəkək.