- Zeynəddin müəllim, bəlkə deyəsiniz, hansı alimimizin və yaradıcı adamların ölümü sizi daha çox kədərləndirib? - Ən yaxın dostum, professor Kərim Kərimovun,
akademiklərdən - Heydər Hüseynovun, Zahid Xəlilo
vun, Ziya Bünyadovun, professorlardan - Haşım Ağa
yevin, Xəlil Əlmirzəyevin, Qəzənfər Cəfərlinin, İbrahim
Qorçubaşovun, Əli Əliyevin, daha sonra söz adamla
rından - Səməd Vurğunun, Şıxəli Qurbanovun, Bəxtiyar
Vahabzadənin və bir də Məmməd Arazın ölümləri məni
varımdan yox eləyib. Allah hamısına rəhmət eləsin.
Əslində adlarını çəkdiyim simalar dünyalannı cismən
dəyişib, ruhən onlar bizimlədi. Onların qoyduğu böyük
irs onları əbədiyaşar eləyib. Onların həyatda qoyduqları
iz silinməz izlərdir.