'Elbrus Şahmar
Mən işə başlamamışdan əvvəl Tofiq müəllimdən
xahiş etmişdim ki, sökülən binaların yararlı olan tikinti
materialları internata verilsin. O da etiraz etmədi. Mən
də həmin tikinti materiallarından internat üçün yardımçı
təsərrüfat binaları - qoyunlar və mal-qaralar üçün töv
lələr, arıxana, anbar və uzaqda yaşayan işçilər üçün ya
şayış evi tikdirdim. Özü də dediklərim tikintiləri iməcilik
yolu ilə başa çatdırdım və bu yöndə 1 qəpik olsun belə
dövlət vəsaiti sərf olunmadı. Onu da deyim ki, mən
direktor kimi işə başlayanda bir neçə artıq olan ştatları
ixtisara saldım. Onların arasında Tofiq müəllimin qo
humlarından və ona yaxın olanlar da vardı. Ancaq o
apardığım ixtisarların qanuni olduğunu görüb mənə
razılığını bildirdi.
1991-ci ilin payızında Tofiq İsmayılovun anası vəfat
etdi. Mən onun dəfnində də, üçündə də iştirak etdim.
Tofiq müəllim anasına verdiyi üç məclisində mənə dedi
ki, sabah Ağdama gedəcək və ordan gələn kimi, mənim
özümə şəxsi maşın bağışlayacaq, eləca.də filial üçün
xidməti avtomaşın verəcək.
Təəssüflər olsun ki, Tofiq müəllim Ağdamda vertal-
yotla havaya qalxarkən Azərbaycanımızın bir çox qey
rətli oğulları ilə düşmənlərimiz tərəfindən güllə-baran
olundular, ürəklərində min bir arzular dünyalarını
dəyişdilər.
Dostları ilə paylaş: