Zeynəddin müəllim, üzr istəyirəm, axı, Siz həmin vaxt internatın direktoru idiniz. Bəs, rəhbərliyə demədən Bakıya getməyinizdən ehtiyatlanmırdınız? - Hə, onu deməyi unutmuşam. O vaxt Bakıya get
məmişdən əvvəl işdən azad olmağım barədə ərizə ilə
rayon PK-nin birinci katibi Sultanməcid Hacıbalayevin
yanında oldum, ərizəni oxuyub təəccüblə üzümə baxdı,
sizi başa düşmədim, dedi. Onu məsələdən hali elədim. O
da kişilik elədi, dedi ki, ərizəni götür, ancaq yerini
bacarıqlı bir müəllimə tapşır, heç kimə heç nə demədən
Bakıya get. Ancaq bu işin müsbət həlli çox çətin olacaq.
Dedim ki, onu bilirəm, ancaq Kərim müəllimin təmiz
liyinə də arxayınam, öz gücümə də.
Hə, qardaş, türmədə Kərimə tapşırdım ki, heç kimə
ifadə verməsin, belə hərəkət sənin hüququndu, mən sənin
işinlə məşğul olacam, inanıram və əminəm ki, bu yaxın
günlərdə səni həbsdən azad etdirəcəm.
Elə həmin gün Moskvaya getdim. Kərimin dostu,
SSRİ-də böyük şöhrəti olan akademik Xəlil Əhmədoviç
Raxmatulinlə görüşüb, onu məsələdən agah elədim. Onu
da deyim ki, o, Kərimlə Qusarda, həm internatda, həm
də evimdə qonağım olmuşdu, məni yaxşı tanıyırdı.
Onunla SSRİ Elmlər Akademiyasının prezidenti, aka
demik Keldişin yanında olduq və nəticədə akademik
Keldişin, akademiklərdən Raxmatulinin, Sidrovun, Ley-
sanski və İlyuşinin imzası ilə Azərbaycan KP-sı MK-niıı
birinci katibi Heydər Əliyevin adına teleqram vurulub,
xahiş olundu ki, istintaqın gedişatına nəzarət etsin. Onu
da qeyd etmişlər ki, Kərim Kərimov həm böyük alimdir,
həm də təmiz insandı. Ona görə də onun səhhətinə də
qayğı göstərilməlidir.
_________________________________
Qusar beşiyim tmnim 207