Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


mənim nə qədər dostlarım varsa, onların övladları elə bizim



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə100/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   96   97   98   99   100   101   102   103   ...   174
mənim nə qədər dostlarım varsa, onların övladları elə bizim 
də övladlarımız sayılır,  özün görürsən ki, o uşaqlar bizi nə 
qədər çox istəyir.
Bir zaman  iş elə gətirir ki, tacir müflis olur.  Üstəlik də 
mərəz  tapır.  Elə  o  gündən  dostların  ayağı  kəsilir  tacirin 
qapısından.  Tacirin  xanımı  hansı  dosta  üz  tutursa,  onlar­
dan  heç bir  köməklik  ala  bilmir  və sonda  üzünü onlara  tu- 
tub  bircə  bunu  deyir  -   ərimin  sizə  verdiyi  çörək  burnu­
nuzdan gəlsin.
Az sonra ataların bir sözü həqiqət olur. «Su gələn arxa 
bir də su gələr». Tacir şəfa tapıb ayağa durur, yenidən tica-
202___________
'Elbrus 
Şahmar
rətə  başlayır və yenidən ələ gətirir.  Bununla  da  bir  müddət 
quruduğu  arxına  yenidən  su  gəlir.  Ancaq  bu  dəfə  ora 
gəlməyən üzü olmayan «dost»ları olur.
-  Elburus,  əzizim,  sizin  şeirinizdə  də,  söylədiyiniz 
rəvayətdə  də  həqiqət  vardı.  O  da  bir  həqiqətdir  ki, 
dostluq  etmək  üçün  bütün  ali  keyfiyyətlərə  malik  olan, 
səhvsiz  insan  axtarıb  tapmaq  mümkün  deyil.  Ona  görə 
də,  adi  nöqsanları  bəhanə gətirib dostlardan  uzaqlaşmaq 
əvəzinə,  az-çox  yaxşı  xüsusiyyətlərə  görə  yaxınlıq  etmək 
daha  vacibdir.  Dostluqda  «bir  şirinin  xatirinə  min  acıya 
dözmək  lazımdır».  Təbiidir  ki,  əsl  dostların  qiyməti 
yaman  gündə, çətin  məqamda  bilinir, süfrə başında  hamı 
dost  görünər.  Adətən,  vəzifədə  olan  vaxt  dost  seçməyin 
müəyyən çətinlikləri olsa da. ətrafıma pərvanə tək  yığışıb, 
özünü  dost  kimi  qələmə  verənlərə,  mənimlə  nəfəs 
aldıqlarını deyənlərin  bir çoxlarına  inanmırdım.  Odur  ki, 
bu  gün  elə  «kişiləri»  itirdiyimə  təəssüflənmirəm.  «Vali- 
deynlərdi,  əmidi,  dayıdı,  başqa  yaxın  qohumlardı  ki,  biz 
onu  seçmirik.  O  bizim  iradəmizdən  asılı  olmayaraq  ya­
ranıb.  Ancaq  bizim  qazandığımız  qəlbimizə  yaxın  olan 
dostlarımızdır.  Bu alın yazısını özümüz yazırıq».
Həqiqi  dostun  qəlbi  geniş  olar,  o,  dostunu  özündən 
üstün  tutar,  onu  bircə  kəlmə sözündən  başa  düşər.  Dost- 
dostun  dərd-qəmini  gözlərindən  oxuyar.  Deyirəm  ki, 
torpaqlarımız  işğal  altında  olduğundan  adamın  ürəyi 
çatladığı  belə  bir zamanda  dostlar olmasa  çiyəri  kəpənək 
bağlar, ürəyi nəm çəkmiş divar kimi yüz yerdən çat verər.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin