- Zeynəddin müəllim, bildiyimə görə Kərim müəllim nə vaxtsa böhtan nəticəsində həbs olunub və onun həbsdən azad olunması məhz Sizin fədakarlığınız, onun təqsirsiz olmaması yönümündə gördüyünüz işinizin nəticəsində olub. Xahiş edirəm ki, bir qədər də bu yöndə danışasınız. - 1975-ci ilin sentyabr ayı idi, gecə olduğundan yat
mışdım. Kərimin oğlu bizə gəldi. Onun vaxtsız gəlişindən
narahat oldum. O, mənə xəbər verdi ki, Kərim böhtan
nəticəsində həbs olunub. Onu da qayıdıb dedi ki, əmi,
özün bilirsən ki, atam heç vaxt, heç kimdən rüşvət alma
yıb. Məsələdən hali olan anam ağladığından hövsələm
lap təlx oldu. Paltarımı geyə-geyə anama dedim ki, ana,
ağlama, sənin oğlun, qardaşım orda qalmağa çox qoyma
yacaq, buna görə kişi kimi söz verirəm.
Bakıya getdim, Akademiyanın prezidenti Həsən
Abdullayevlə görüşüb, onu məsələdən agah elədim. Onu
da deyim ki, Həsən müəllimlə Kərim dost idilər, dəfələrlə
birlikdə, özü də ailəliklə mənim qonağım olublar. Həsən
müəllim mənə dedi ki, bundan xəbəri olmayıb, mən
Kərimin təmiz adam olmağına əminəm, yəqin ki, üç günə
onu həbsdən azad etdirərəm. Ancaq bizim söhbətimizdən
bir həftə keçsə də Həsən Abdullayevdən bir xəbər
olmadı. O vaxt Kərim Bayıl türməsində yatırdı. Çox
çətinliklə onunla görüşə bildim. Kərim mənə dedi ki,
«Zeynəddin, yalan deyirəmsə anamızın halal çörəyi mənə
haram olsun, mən heç kimdən rüşvət almamışam, mənə
böhtan atıblar.»
2 0 6
-