Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Eləsə  onlardan  tək  bir  nəfərin  adım  çəkməyimizi



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə102/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   98   99   100   101   102   103   104   105   ...   174
-  Eləsə  onlardan  tək  bir  nəfərin  adım  çəkməyimizi 
istərdim.
-  Rayonumuzda  bir  sıra  rəhbər  vəzifələrdə  işləmiş, 
indi  haq  dünyasında  olan  İsmayıl  Kişiyevin  də  adını 
böyük ehtiramla çəkirəm. Allah ona rəhmət eləsin!
-  Zeynəddin  müəllim,  son  aylar,  Sizi  yaxmdan  tam- 
yandan  sonra  belə  bir  qənaətə  gəlmişəm  ki,  Siz  dostluqda 
sədaqətli  insansımz,  dost  yolunda  hər  çətinliyə sinə  gərən­
siniz,  bu  yöndə  hər  bir  təhlükəyə  hazırsınız.  Ona  görə  də 
atalar deyib ki, dost yolunda boran olar, qar olar. Şübhəsiz 
bütün dostlarımızdan ətraflı söz açsanız, onda bu ayrıca bir 
kitabın  mövzusu  olardı.  Xahiş  edirəm  ki,  bu  yöndə  dostu­
nuz  və  həmkəndliniz,  dünya  şöhrətli  alim  Kərim  Kərimov­
dan söz açasınız.
- Bildiyiniz kimi biz həmkəndliyik, hər ikimiz Qusarın 
Hil kəndində dünyaya göz açmışıq, uşaqlığımız o kənddə 
keçib,  hər  ikimiz  ilk  təhsilimizi  eyni  məktəbdə  almışıq, 
204
Tlbrus Şahmar
eyni _ bulaqların  suyundan  içib,  eyni  ab-havada  böyü­
müşük.  Hər  ikimiz  sadə  kəndli  ailəsində  tərbiyə  almışıq 
və heç vaxt  kəndli təbiətimizi  itirməmişik, sonralar harda 
olsaq  da  həmişə  o  kəndə  üz  tutmuşuq,  oranı  müqəddəs 
məkan  və  qiblə  bilmişik.  O,  məndən  16  yaş  böyük  oldu­
ğundan  kənddə  yaxınlığımız  olmayıb,  sonralar  da  bir- 
birimizi uzaqdan-uzağa tanımışıq.
Bizim  dostluğumuz  1959-cu  ildən  başlayıb.  Bu,  belə 
olub:  Kərim  müəllim  iki  nəfərlə Qusara  gəlmişdi.  O  vaxt 
rayon  icra  komitəsinin sədri  Mirzəmməd  Mirzəbəyov idi. 
Kərimgil də  bir qohum  kimi  onun  qanadlarıydı.  Kərimlə 
gələnlərdən  biri  əməkdar  elm  xadimi,  professor  Məcid 
Hüseynzadə  və  biri  də  SSRİ  Rəssamlar  İttifaqının  sədri 
idi.  Adı  yadımda  deyil,  Kərim  ona  İvanoviç  deyə 
müraciət edirdi.
O  gün  idarə  etdiyim  «Moskviç»  markalı  maşında 
Mirzəmməd  Mirzəbəyovun  evinin  yanından  keçərkən, 
onu  görüb  maşının  əyləcini  basdım.  Mirzəmməd  mənə 
dedi  ki,  filankəslər  qonağıdı  və  süfrəyə  qoymağa  elə  bir 
fərli yeyib-içmək yoxdur.  Və mən  ilk  dəfə Kərimlə yaxın­
dan  tanış  oldum  o  gün,  onları  evimə  aparıb  qonaqpər­
vərlik göstərdim. Onlar 5 gün  bizdə qaldılar. O günlərdən 
də Kərimlə  qardaşlıq  timsalında  olan  ailəvi  dostluğumuz 
başladı,  evini  evim  bildim,  eləcə də  o  da  mənim  evimi  öz 
evi  bildi.  O  gündən  ömür  yollarımızda  bir-birimizə arxa- 
dayaq  olduq  və  bu  dostluğumuz  onun  ölümünə  kimi 
davam etdi.
1964-cü  ildə  mənim  təşəbbüsümlə  Kərim  müəllim 
üçün  Qusar  şəhərinin  özündə  torpaq  sahəsi  götürüb 
orada  ev  tikdirdik.  Əqidəmə  uyğun  olmasa  da  deyim  ki, 
evin  tikintisinin  xərcini  özüm  çəkdim,  işin  üstə  özüm
_________________________________
Qusar beşiyim rmrıim
2 0 5


lib ra s Şahm ar
dayandım.  Təkcə  evin  üstü  Kərimin  xərci  ilə  örtüldü. 
Çox  təəssüf  ki,  Kərimin  ölümündən  sonra  mənim  xəbə­
rim olmadan Kərimin qızı həmin mülkü satdı.
Yadıma  düşmüşkən  onu  da  deyim  ki,  ikinci  ali  təh­
silimi  Kərimin təkidi ilə almışam.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin