yas və dəfn mərasimim onun dediyi kimi olmalıdır. 208
Həmin gün Kərimin meyidini Bakıdan Qusara gətiz
dirdim və Qusar şəhər qəbiristanlığında torpağa tapşır
dıq, üstündən zaman keçəndən sonra anamı da Kərimin
yanında dəfn elədim. Kərimin dəfn zamanı, məzarı önün
də mitinq oldu. O mitinqdə Kərimin alim yoldaşları.
Qusar rayon PK-nin birinci katibi Ramazan Bədirov və
bir də mən danışdım. - Zeynəddin müəllim, eşitdiyimə görə Kərim müəllimin məzarını öz hesabına düzəltmisiniz, onun üçünü, yeddisini, qırxım və ilini də öz şəxsi vəsaitiniz hesabına vermisiniz. - O, mənim dostluq və qardaşlıq borcum idi. Onu
etməyimi həm də əziz dostumun özü vəsiyyətində demişdi
axı. Nə etmişəmsə halal xoşu olsun.
- Zeynəddin müəllim, rəhmətlik Tofiq İsmayılovla olan