səmimidir, təmiz duyğulardan su içir. Və hər bir sözdə
Zeynəddin Çələbovun insan obrazının bir cizgisi üzə
çıxır. Yalnız mənən zəngin insanlar haqqında belə ürəklə,
belə səxavətlə söz açmaq olar.
Kitabın başqa bir bölməsində mən Zeynəddin müəl
limlə üz-üzə dayandım, onun səsini dinlədim, həyat mə
ramı ilə tanış oldum! Beləliklə, gözümün qarşısında
sözünün və əməlinin ağası olan çağdaş insan obrazı can
landı. Bu müasir insan Qusarı respublikamız səviyyə
sində təmsil edə bilən bir simadır. Onu da deyim ki, neçə
illərdi ki, Zeynəddin müəllimlə ünsiyyətimə baxmayaraq
son zamanlar onu daha yaxından tanıdım. Bu mənada
bir hədisdə necə də tən-dürüst deyilib: «Əgər bir adamın
təbiətini yaxından bilmək istəsən onunla söhbət elə.
Bununla sən onun ədalətindən xeyir və şərindən agah
olarsan.»
Elə bilirəm ki, bu kitabda öz məqsədimə qismən olsa
da çatdım - gözəl və işıqlı bir insanı, xeyirxah əməllər
sahibini, müəllim adının ucalığını qoruyan, yüksək təş
kilatçılıq və rəhbərlik səriştəsi olan əsl ziyalını, vətəndaşı
və ağsaqqalı oxucuya təqdim edə bildim.
Zeynəddin müəllimlə sümük sındıran söhbətlərimiz
zamanı onu necə gördüyümü də oxucu diqqətinə çatdır
maq istərdim: tez-tez yaşlı adamlara məxsus bir vərdişlə
əllərini sığallayıb, barmaqlarını daraqlayıb, maraqla
üzümə baxıb. Onun sifətində tez-tez nurlu bir təbəs
sümün alovları da məni qarsıb. Hərdən illərin izini saxla
yan alın qırışlarının düyünləndiyini, gözlərinin dərin
liyində güclə sezilən sevinc qığılcımları da gördüm. Onun
dünyasına boylandığım zaman gözlərində dalğın bir
Dostları ilə paylaş: