Tlbrus Şahmar
1986-cı ilin məhsulu üçün 1985-ci ilin payızında 20
hektar sahəyə taxıl səpilmişdir.
1986-cı ilin dekabr ayının sonunda rayon partiya
konfransı keçirildi. Konfransdan bir neçə gün sonra yeni
seçilmiş RPK-nm I katibi yoldaş Bədirov R.M. anonim
məktublara əsasən 15 yanvar - 10 aprel tarixlərdə inter
nata 7 müxtəlif yoxlama komissiyası göndərmişdir.
Yoxlama komissiyaları internatın faktiki fəaliyyətini,
tədris-pedaqoji işini, şagirdlərin məişət vəziyyətini və
yardımçı təsərrüfatının işinin faktiki vəziyyəti deyil, bu
komissiyalar xüsusi göstərişlə məni süni surətdə mənə
qarşı qərəzli yoxlama aparmışdır. Yoldaş Bədirov R.M.
bu müddət ərzində bizim internatdan başqa bütün
təşkilatlarda və şəhərin məktəblərində olmuşdur. Belə
liklə bizə məlum oldu ki, yoldaş Bədirov R.M. internatın
həyat fəaliyyətini yaxşılaşdırılması ilə yox, yalnız məni
ləkələmək, işdən çıxartmaq və partiya cəzası vermək
məqsədi güdmüşdür.
16 aprel 1986-cı ildə Partya Komitəsinin büro iclası
keçirildi. Yoxlama komissiyasının üzvləri bu iclasda
iştirak etmirdilər. Rayon Partiya komitəsinin III katibi
Əliyeva G. arayışı oxudu. Mənim izahatım eşidildi. Bun
dan sonra yoldaş Bədirov R.M. bir neçə dəfə büro
üzvlərinə müraciət edərək, onların büroda çıxış etmə
lərini əvvəlcə xahiş, sonra da tələb etdi. Lakin, doqquz
büro üzvlərindən heç biri çıxış etmədi.
Onda yoldaş Bədirov R. M. büro qərarının mətnini
oxudu... Bununla, o, partiyanın demokratik prinsipini
iclasın aparma qaydasını pozmuş, səsverməyə qoyma
dan, ayrı-ayrılıqda doqquz büro üzvünün hər birini
qaldıraraq, onların «büronun qərarı ilə razısınız» deyə-
374____________
rək, onlara təzyiq göstərmişdir. Bundan sonra büro
üzvləri yoldaş Bədirovun təzyiqinə dözməyərək «hə» ca
vabını vermişlər. Beləliklə o, doqquz «hə» cavabını eşi
dərək, məni internat direktoru vəzifəsindən azad edərək,
Dostları ilə paylaş: