Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə164/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   160   161   162   163   164   165   166   167   ...   174
E lb ru s Ş a h m a r
şəhər  həyatının  min  bir  qayğısı  tezliklə  mənə  bu  çətinliyi 
unutdurdu.  Özünüz  yaxşı  bilirsiniz,  internatdan  fərqli 
olaraq,  yeni  iş  yerim  həqiqətən  işləməyi  tələb  edən  (söz 
verməyi yox) gərgin bir sahədir. Qusar şəhərində yaşayan 
17  min  əhalinin  sudan  tutmuş  ta  kanalizasiyaya  qədər 
bütün  dərd-səri  cəmləşib  bizim  idarədə.  Düzü,  illərlə 
yığılıb  qalmış  problemlər  o  qədərdir  ki,  hansının  həllinə 
dərhal  başlamağı  müəyyən  edə  bilmirdim.  Hər  halda  ilk 
növbədə əhalinin  içməli suya olan tələbatını necə ödəmək 
yollarını  arayıb  axtarmağa  başladıq.  Qaldı  ki,  internata, 
onun  qayğıya  həsrət,  şagirdlərindən  ayrılmağıma,  onlar 
mənim  üçün  həmişə  əzizdirlər,  əziz  olacaqlar  da.  İnter­
natla  daima əlaqə saxlayacağam.  Bir qədər loru dildə de­
səm,  direktorluqdan  çıxmışam,  insanlıqdan  ki,  çıxma­
mışam.
Rayon  İcra  Hakimiyyəti  başçısının  sərəncamı  ilə 
aprel  ayı  şəhərdə  təmizlik  və  yaşıllaşdırma  aylığı  elan 
olunmuşdur.  Şəhərin  rəhbəri  kimi  aylığın  nəticəsi  sizi 
qane edirmi?
-  Açığını deyim,  yox,  qətiyyən  yox.  Protokol  xatirinə 
görülən  işdir.  Bayaq  dedim  ki,  müxtəlif  problemlərlə 
bağlı  şəhər əhalisinin  qayğıları çoxdur.  Bütün bunları  bir 
ayın  içində  həll  etmək  qeyri-mümkündür.  Gedənin  arxa­
sınca  danışmaq  kimi  çıxmasın,  şəhərin  abadlığı,  gözəl­
liyin  naminə  əvvəlki  illərdə  görülmüş  işlər  bizi  qətiyyən 
qane etmir.  Bir faktı deyim, təkcə  1991-ci  ildə şəhərdə bu 
məqsədlə  1  milyon  800  min  manat  pul  xərclənib.  Amma 
gəlin  addım-addım  şəhəri  gəzək.  Görülmüş  işlərdəki 
pərakəndəlik,  diqqətsizlik,  keyfıyyətsizlik  dərhal  diqqəti 
cəlb  edəcək.  Şəhər  parkı  bu  gün  bərbad  vəziyyətdədir. 
İllərlə  buraya  sərf  olunmuş  vəsait  necə  gəldi  xərclənib. 
358__________
Şəhər  təsərrüfatında  bir  çox  nöqsanlar  mövcuddur.  Ha­
ranı  qurdalasan  mənimsəmə  çıxır.  Bəzi  sahələr  hüquq 
mühafizə  orqanları  tərəfindən  yoxlanılaııdan  sonra  əha­
liyə dəqiq məlumat verəcəyik.
Fərdi  ev  tikmək  istəyən  vətəndaşlara  torpaqvermə 
işində  kobud  qanunsuzluqlar  var.  Açıqdan-açığa  yer 
alveri  gedir.  Kimin  imkanı  var,  2-3  yerdə  torpaq  sahəsi 
alır.  Həqiqətən evə ehtiyacı  olan vətəndaş isə bir yerdə də 
olsa  sahə ala  bilmir.  Biz bütün  bu  hallara  qarşı  kəskin  və 
barışmaz mövqe tutacağıq.
-  Bayaq  su  problemindən  danışmağı  sonraya  qoy­
dunuz.
-  Doğrudan  da,  şəhərdə  əhalinin  içməli  suya  olan 
tələbatı  əsil  problemə  dönüb.  Gündə  bunun  üçün  nə 
qədər şikayətçi  yanıma  gəlir.  Susuz şəhərin  təmizliyindən 
necə söhbət gedə bilər? Hər şeyi  təmizə çıxaran,  saf edən, 
quru  sahəni  yaşıl  ormana  çevirən  sudur.  Dirilik,  həyat 
rəmzi  olan  su...  Bizim  camaat  sudan  çox  korluq  çəkir. 
Məlumdur  ki,  bir  adam  gündə  300  litr  su  işlətməlidir. 
Ancaq  olsa,  olmasa?  Olmasa  nə  işlədəcək?  Hazırda 
şəhərdəki  2  su  hövzəsinin  su  tutumu  cəmi  1000  kub 
metrdir.  Bu isə  17 min əhali  üçün çox azdır.
Su  problemini  aradan  qaldırmaq  üçün  ilk  növbədə 
qərara  aldıq  ki,  şəhər  əhalisinin  həyətyanı  sahələrini  su­
varmaq  üçün  Avaran  kəndinin  böyrüııdəki Cağar  Cibir 
kanalında  bir  neçə  su  arxı  çıxarmaqla  şəhərə  fasiləsiz  su 
verə  bilək.  Özü  də  bu  arxlarm  hamısında  eyni  səviyyədə 
su olmaq şərti ilə.  Bu sahədə artıq müəyyən  işlər görməyə 
başlamışıq.  Şəhərin  yeni  su  xətti  isə  yaxın  vaxtlarda 
istifadəyə veriləcək.
_________________________________
Qusar beşiyim rrunim
3 5 9



Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin