Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


yanvarın  3-də  Qusar  şəhərində  təvəllüd  tapmış  Gülarə



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə160/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   156   157   158   159   160   161   162   163   ...   174
yanvarın  3-də  Qusar  şəhərində  təvəllüd  tapmış  Gülarə 
Əlövsət qızı Əliyeva və Xonça Sabir qızı Nağıyeva idi.  Hər 
ikisi  Zeynəddin  müəllimin  gözündə  cərrahiyyə  əməliyyatı 
aparıldığını eşidib, onu yoluxmağa gəlmişdi.
Gülarə  xanım  uzun  illər  Qusarda  rəhbər  vəzifələrdə 
çalışmış  -   Rayon  Partiya  komitəsinin  3-cü  katibi, 
VVADQ  (ZAQS)  şöbəsinin  müdiri  işləmişdi.  Hazırda 
təqaüddə olan Gülarə xanım bir vaxtlar Zeynəddin müəl­
limlə işlədiyi  illərə,  aylara,  günlərə qayıtdı, onun sözübü- 
tövlüyündən,  vəzifəli  adamların  qarşısında  əyilməzli- 
yindən söz saldı.  Dedi  ki,  bir dəfə rayona yenicə işə təyin 
olunmuş  Rayon Partiya komitəsinin  birinci katibi mənim 
yanımda  Zeynəddin  müəllimə  qəti  şəkildə  dedi  ki,  onu 
internat direktorluğundan  azad edəcək.  Zeynəddin  müəl­
lim  də  çəkinmədən  katibin  əlinin  üstə  olan  «nakolka» 
348
Tlbrus Şahmar
______________________________________
yazını  göstərib  dedi,  necə  olur  ki,  sizin  kimi  nakolkalı 
adam  rayona  rəhbərlik  edə  bilər,  amma  mənim  kimisi 
internata  yox.  Az  sonra  katib  Zeynəddin  Çələbovu 
büronun  qərarı  ilə  işdən  götürsə  də  sonda  Zeynəddin 
haqlı olduğunu sübut edə bilib, işinə bərpa oluna bildi.
Gülarə  xanımdan  sonra  Xonça  xanım  Zeynəddin 
müəllimlə  bir  vaxtlar  birlikdə  işləmələrindən  söz  saldı. 
Dedi  ki,  Zeynəddin  müəllim  internatda  direktot  olan 
vaxt  o  da  yeddi  il  onunla  birlikdə  işləyib,  biologiya  fən­
nindən  dərs  deyib.  Daha  sonra  Rayon  İcra  Hakimiy­
yətində  birlikdə  işləyiblər.  Onu  da  dedi  ki,  Zeynəddin 
müəllim  bacarmadığı  işi  boynuna  götürən  olmayıb.  Nə 
vaxt  ki,  nəyə  görəsə  söz  verdi,  onu  mütləq  yerinə  yeti­
rərdi.  İşlədiyi kollektivdə özünü bir ata, bir böyük qardaş 
kimi  aparardı,  ona  görə  də  hamımızın  yanında  xətirli-
hörmətli olardı.  Bu da onun halal qazancı idi.
*  *  *
Əli  Nəsrəddin  oğlu  Xəlilov  1937-ci  il,  avqustun  22-də 
Sudurda  anadan  olub.  1969-1984-cü  illərdə  Qusar  şəhər 
internat  məktəbində  sürücü  işləyib,  hazırda  təqaüddədir 
və Zeynəddin müəllimlə qonşuluqda yaşayır.
Əli  Xəlilovla  görüşüb  tanış  olan  kimi  Zeynəddin 
Çələbov barədə söhbət edəsi  olduq. Əslində söhbət zama­
nı  qulaq  asan  mən,  danışan  o  oldu:  -  Mən,  Zeynəddin 
müəllimlə  1969-cu  ildən  qonşuluqda  yaşayıram.  Başqa 
qonşular  kimi  mən  də  şükür  eləyirəm  ki,  Zeynəddin 
Çələbov kimi qonşumuz var.
Bir  gün  Zeynəddin  müəllim  mənə  dedi  ki,  nə 
görmüsən bu Avtobazada sürücü işləməkdən, gəl  birlikdə 
işləyək.  Onun  sözləri  ürəyimdən  oldu,  axı.  elə  bir  kişinin 
rəhbərlik  etdiyi  yerdə  işləməkdən  kim  imtina  edərdi  ki,
_________________________________
Qusar Sef iyim tmnim
3 4 9


Tlbrus Şahm ar
mən  də  edəydim.  Onu  da  deyim  ki,  internatda  olan 
maşınların  demək  olar  ki,  istismar  müddəti  qutarmışdı, 
onların  əsaslı  təmirə  ehtiyacları  vardır.  Ona  görə  əvvəl 
mən  maşınlardan  birini  təkbaşına  təmir  üçün  onu 
Zelenekomsk şəhərinə sürüb çətinliklə təmir üçün zavoda 
verə bildim. Sonra Qusara qayıtdım və bu dəfə internatın 
balansında  olan  «Qaz-69»  markalı  maşınla  Zeynəddin 
müəllimlə  birlikdə  yenidən  həmin  zavoda  qayıtdıq  və 
həmin  maşını  da  təmir  üçün  zavoda  təhvil  verdik.  Onu 
da deyim ki, o vaxta kimi mən çox adamlarla yol yoldaşı 
olmuşam, eləcə sonralar da. Ancaq Zeynəddin müəllimin 
yoldaşlığı  tamam  bambaşqa  idi.  Onunla  işləmək  də, 
onunla  gəzintidə  olmaq  da,  eləcə  də  hər  hansı  bir 
tədbirdə olmaq da mənim üçün xoş olub.
Zeynəddin  müəllim  həm  pedaqoq,  həm  rəhbər  işçi, 
həm  də  dost  və  qonşu  kimi  dəyərli  insandı.  Onunla 
işlədiyim  müddətdə şahid  oldum  ki,  internat  demək  olar 
ki,  özü-özünü  maliyyələşdirə  bilirdi.  Bu  haqda  yəqin  siz 
də dəfələrlə eşitmisiniz, məlumatlısınız.  Ona görə də mən 
olanları  sadalamağa  ehtiyac  görmürəm.  O  baxımdan 
atalar  necə  də  tən-dürüst  deyib:  «Çörəyi  ver  çörəkçiyə, 
birin də üstəlik.»
*  

*

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin