Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Nizami  Bəybala  oğlu  Rüstəmov  1954-cü  il



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə156/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   152   153   154   155   156   157   158   159   ...   174
Nizami  Bəybala  oğlu  Rüstəmov  1954-cü  il  fevralın  10- 
da  Hil  kəndində  anadan  olub.  1971-ci  ildə  orta  təhsilini 
başa  vurub,  1971-1977-ci  illərdə  Azərbaycan  Tibb  Uni­
versitetinin  müalicə-profilaktika  fakültəsində  təhsil  alıb. 
Bir  sıra  tibb  ocaqlarında  işləyib,  12  il  məhkəmə  tibb 
ekspertizasında  çalışıb,  daha  sonra  Qusar  rayon  mərkəzi 
xəstəxanasının  həkimi  olub.  Nizami  Rüstəmov  1997-ci 
ildən  isə  Qusar  şəhərində  yerləşən,  ətraf  rayonlar  ara­
sında  «OKİ»  kimi  tanınan  özəl  tibb  müalicəxanasında 
baş həkim işləyir. Ailəlidir, 4 övladı, 2 nəvəsi var.
Nizami  həkimi  2011-ci  ilin  yayından  tanıyıram. 
Onunla  ilk  tanışlığım  da  Zeynəddin  müəllimin  evindən 
başlayıb.  Ondan  sonra  Nizami  Rüstəmovla  bir neçə dəfə 
görüşmüşəm.  Bu  günsə  onun  Zeynəddin  müəllim  barədə 
dediklərini  qələmə  alıram.  Onu  da  deyim  ki,  Nizami 
həkim  təbiətsevərdi,  hər il  yaxın  dostları  ilə Qusarın  quş­
qonmaz  dağlarına  səyahət  edir,  dağların  zirvəsinə  çıxıb 
üzü  Azərbaycana  boylanır.  Kitabda  çap  olunması  nə­
zərdə  tutulan,  təbiəti  əks  etdirən  şəkillərin  bir  çoxunun 
müəllifi odur.
Nizami  Bəybala  oğlu  Zeynəddin  müəllim  barədə 
deyir:  -  Düzdür,  biz  hər  ikimiz  Hil  kəndindənik.  Ancaq
_____________________ ____________
Qusar beşiyim manim
____________ 331


‘Elbrus Şahmar
onunla  tanışlığım  1985-ci  ildən  başlayıb.  O  vaxt  Zey­
nəddin  müəllim  internatın  direktoru  idi.  Yorğan-döşək 
salmaq  üçün  xeyli  yun  lazım  idi.  Mənə  dedilər  ki,  inter­
natda  ucuz  qiymətə  satılır.  Mən  də  internata  gedib  Zey­
nəddin  müəllimlə  görüşdüm,  həmkəndli  olduğumu  de­
məsəm  də,  mənə  münasib  qiymətə  yun  lazım  olduğunu 
dedim.  Əvvəl  gülüb dedi  ki,  bəyəm  bura  bazardır.  Sonra 
kiməsə  tapşırdı,  istədiyim  qiymətdən  də aşağı  yun  aldım. 
Aldıqları  məbləği  təsdiq  edən  qaimə  də  verdilər  mənə. 
Bax,  elə  o  gündən  də  aramızda  xoş  münasibət  yarandı, 
istədiyim  vaxt  qapısını  açdım,  halal  çörəyini  halallıqla 
kəsdim.  Və  həmişə  də  evini  qonaqlı-qaralı  gördüm.  Biz 
tez-tez  ailəlikcə  təbiətin  qoynunda  oluruq,  çox  vaxt  da 
Qazanbulaq  deyilən  yerdə  süfrə  açıb,  təbiətin  gözəlliyini 
seyr edirik.
Onu  da  qeyd  edim  ki,  Zeynəddin  müəllim  öz  hesa­
bına  imkansız adamları  bizim  müalicə ocağında  dəfələrlə 
müalicə  etdirib  və  ona  görə  heç  kimə  də  minnət  qoyma­
yıb,  etdiklərini  də  özünün  ağsaqqallıq  borcu  bilib.  Mən 
ona  da,  onun  həyat  yoldaşı  Şərqiyyə  xanıma  da  sala­
matlıq, xoş həyat arzulayıram.
*  *  *

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin