Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Müsahibim  Qusar  şəhər  internat  məktəbinin  direktor



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə157/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   153   154   155   156   157   158   159   160   ...   174
Müsahibim  Qusar  şəhər  internat  məktəbinin  direktor 
müavini  Malik  Müsənnif  oğlu  Ataşovdur.  O,  1950-ci  il 
martın  20-də  Qusarın  Cibir  kəndində  anadan  olub,  öz 
talehini  1974-cü  ildən  internata  bağlayıb,  hal-hazırda 
orda  çalışır.  Malik  müəllim  1992-93-cü  illərdə  həmin 
internatın  direktoru  vəzifəsində  də  çalışıb.  Mən,  Zey­
nəddin  müəllimlə bağlı  onunla  söhbət  edərkən,  onun  qə- 
dirbilənliyindən və səmimiyyətindən çox məmnun oldum. 
İnanıram  ki,  bu  müsahibəni  oxuyan  hər  bir  oxucu  da 
332________________
mənimlə  həmfikir  olacaq.  Eləsə  gəlin  Malik  müəllimin 
özünü dinləyək:
-  Şagirdlərin  mənəvi  tərbiyəsini  daha  da  yaxşılaşdır­
maq  məqsədilə  60-cı  illərin  ikinci  yarısında  respublika­
mızda  məqsədyönlü  işlər  aparılıb.  İnternat  tipli  məktəb­
lərə  daha  geniş  yer  verilib.  Qusar  şəhər  internat  məktəbi 
həmin  dövrdə özünün  çiçəklənən  illərini  yaşayırdı.  1968- 
ci  ildən  Qusar  şəhər  internat  məktəbinə  Çələbov  Zey­
nəddin  Ramazan  oğlu  direktor  təyin  olunub.  Məktəbdə 
rus  və  Azərbaycan  bölmələri  fəaliyyət  göstərib,  rayo­
numuzun  bir  çox  məktəbləri  rusdilli  təhsilə  keçməsi  və 
ibtidai  məktəbi  qurtardıqdan  sonra  rus  dilində  təhsil­
lərini  kənddə davam  etdirmək  mümkün  olmadığına  görə 
internat məktəbinə məcburi axın olub.  Bu  illərdə internat 
məktəbi  zamanın  tələbi  ilə  beynəlmiləl  orta  məktəbə 
çevrilib.
1973-74-cü  illərdə  hər  iki  bölmədə  641  nəfər  şagird 
təhsil alıb.
1970- 
80-cı  illərdə  internata  Azərbaycan  və  keçmiş 
SSRİ-nin  müxtəlif  bölgələrindən  gəlmiş  görkəmli  elm 
xadimləri,  müharibə  və  əmək  veteranları,  kosmonavtlar 
və s. qonaqlar məktəb kollektivinin qonaqları olub.
1971- 
ci 
ildə 
SSRİ 
təyyarəçi-kosmonavtlarından 
A.Şatalov  və  A.S.Yeliseyev  internat  məktəbinin  qonağı 
olublar.  Kosmonavtlar  məktəblilərə  kosmos  haqqında 
maraqlı məlumatlar verib, öz xatirələrini  danışıb və mək­
təbin  muzeyindəki  «Şərəf»  kitabında  öz  xatirə  sözlərini 
yazıblar.
Ayrı-ayrı  illərdə  SSRİ  EA-nın  akademiki  Rəhmu- 
tullin  Xəlil  Əhmədoviç,  Azərbaycan  EA-nın  prezidenti 
Zahid  Xəlilov,  Azərbaycan  SSR  Maarif  naziri  Mehdi
_______________ ________ ________
Qusar beşiyim тғпјт
______________________________ 3 3 3


T lb ru sŞ a fu m r
Mehdizadə,  fizika-riyaziyyat  elmləri  doktoru,  professor 
Kərim  Kərimov,  Azərbaycanın  görkəmli  rəssamı,  dünya 
şöhrətli  Səttar  Bəhlulzadə,  Qazaxıstan  SSR  Maarif nazi­
rinin  birinci  müavini  Siderenko  Viktor  Kuzmiç  və  baş­
qaları internat məktəbinin qonaqları sırasındadır.
Səttar  Bəhlulzadənin  iki  tablosu  məktəbin  divarlarını 
indi də bəzəyir.
İnternat  məktəbinin  şagirdləri  ауп-ауп  illərdə  Mos­
kva, Kiyev,  Brest qalasına,  Lvov, Bakı, Dərbənd, Maxaç- 
kala,  Quba  şəhərlərində  ekskursiyalarda  bu  şəhərlərin 
tarixi yerləri  ilə tanış olub,  əmək və müharibə veteranları 
ilə görüşlər təşkil edib.
Moskvaya  ekskursiya  zamanı  onlar  SSRİ  Xalq  Tə­
sərrüfatı  Nailiyyətləri  sərgisində,  V.İ.Lenin  adına  mər­
kəzi  muzeydə,  Tarix  muzeyində,  Mavzoleydə,  Kremldə 
və s. tarixi yerlərdə olub.
Qəhrəman  Brest  qalasını  ziyarət  edərkən  məktəblilər 
Brest  qarnizonu əsgərlərinin  Böyük  Vətən  müharibəsinin 
ilk  günlərində  alman-faşist  işğalçılarına  qarşı  göstərdiyi 
rəşadətli  döyüş  yolu  ilə  tanış  olub  və  Brest  qalasının 
xatirə kitabına öz ürək sözlərini yazıblar.
Z.Çələbovun  direktor  işlədiyi  müddətdə  məktəbin 
təsərrüfat  həyatında  mühüm  dəyişikliklər  baş  vermişdir. 
Belə  ki,  internat  ərazisinin  hasarlanması,  kanalizasiya 
sisteminin  genişləndirilməsi,  yeni  yeməkxana  və  ərzaq 
anbarının  inşası,  məktəbin  Qusar  şəhərinin  mərkəzi  ilə 
əlaqəsini  yaxşılaşdıran  Müqtədir  küçəsindən  pilləkənli 
yolun  salınması,  Sumqayıt  alüminium  zavodunun  hami- 
liyi  dövründə  məktəb  binalarının  şifer  örtüyünün  alü­
minium örtüyü  ilə əvəz edilməsi, Qusaroba,  Yasaboba və 
Ləyər  qışlaq  kənd  əraziləri  arasında  «Catal»  adlı  yar­
334
dımçı  təsərrüfatın  təşkil  edilməsi,  hazırda  M.Ə.Sabir 
adma  Bakı  Pedaqoji  Kollecinin Qusar  filialının  yerləşdiyi 
dörd  mərtəbəli  binanın  (əvvəllər  həmin  bina  internatın 
üçüncü binası idi) və s.  inşası məhz Zeynəddin Çələbovun 
dövründə həyata keçirilib.
1985-ci  ilin  əvvəllərindən  internatda  arıçılıq  təsər­
rüfatı  yaradılır.  Arı  ailələri  Kürdəmirdən,  lazımi  ləva­
zimat:  pətək,  mum,  daraq  və  digər  avadanlıq  qonşu 
Dağıstan respublikasından gətirilib.
Burada  az müddətdə  150 kq  bal  almaq  nəzərdə tutul­
muşdu.  Bu da  internatın gəlirinin artmasına  imkan verir­
di.  80-ci  ilin  ortalarında  Qusar  internat  məktəbi  respub­
likamızın  ən  varlı,  təhsil  və  nizam-intizam  sahəsində  bi­
rincilər  sırasında  gedən  məktəblərdən  biri  idi.  Respub­
likanın  Təhsil  nazirliyi  Qusar  internat  məktəbinə  öz 
qayğısını əsirgəmirdi.
1983-cü  ildə  internat  məktəbinə  Təhsil  nazirliyi  tərə­
findən  təmənnasız  olaraq  UAZ-452  markalı  avtomaşın, 
PAZ-  markalı  avtobus,  DT-52  markalı  traktor  ba­
ğışlanmış  və  təlim-tərbiyə,  təhsil  və  təsərrüfat  sahəsində 
qazandığı nailiyyətlərə görə «Fəxri fərman» verilmişdi.
1979-cu  ilin  yazında  internata  təmənnasız  olaraq 
Quxuroba,  Yasaboba  və  Ləyər  qışlaq  kəndinin  əhatə­
sində olan 26,5 ha yararsız torpaq sahəsi ayrılıb.
Bu  təsərrüfat  SSRİ  dövründə  xalqın  rifah  halını 
yaxşılaşdırmaq  üçün  sovet  hökuməti  tərəfindən  irəli 
sürülmüş «ərzaq  proqramı» ilə yaradılıb.
1982-ci  ildə məktəb  yardımçı  təsərrüfatdan  300 kq  ət, 
80  kq  yun,  5200  kq  qarpız,  2310  kq  soğan,  1000  kq 
meyvə,  600  kq  qarğıdalı,  2325  ədəd  süpürgə  əldə  edərək 
8000  manat  qazanmışdır.  («Azərb.  müəllimi»  8  avqust 
1984-cü il)
_________________________________

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin