'Elbrus Şahmar
uzun illərin qardaş timsallı dostu olublar və dostluğu bu
gün bütün məhəbbət və ehtiramla davam etdirməyi, onu
qırılmağa, sozalmağa və istiliyini zəifləməyə qoymayıb
davam etdirməyi özümün müqəddəs borcum, ata vəsiy
yətini bir oğul kimi yerinə yetirməyi mənəvi dəyərlə
rimizdən biri kimi qiymətləndirirəm. Atamla Zeynəddin
müəllim görkəmli alim Kərim Kərimovun vasitəsilə
dostlaşıblar. Və bu dostluğun ömrü bir igidin ömrü qədər
olub. Mən uşaq vaxtı elə bilirdim ki, Zeynəddin əmimlə
atam həqiqətən doğma qardaşdılar, bir atanın, bir
ananın övladlandırlar. Bax, belə dostluqlar hörmət və
ehtirama, həyatda yaşamağa, tərənnüm və təbliğ olun
mağa layiqdir. Mənim üşaqlıq və gənclik illərim hər yay
fəsli Qusarda, Zeynəddin müəllimin evində keçib. Onun
anası Cağa nənəni də doğma nənəm bilmişəm. Atam
danışırdı ki, Cağa nənə hər zaman təsbeh çevirəndə zikr
edər, Allahdan atama oğul payı arzularmış. Görünür
onun dualan qəbul olduğundan üç bacımdan sonra mən
dünyamıza göz açmışam. Bizim ailə
Zeynəddin əmimgillə
birlikdə Qusarın dağlarında, eləcə də Dərbənddə dönə-
dönə gəzintidə, istirahətdə olub. Zeynəddin əmim yolu
olan bulaqların üstündə bizləri qonaq edib. Onun duz-
çörəyi həmişə dadlı olub və o dad həmişə məni halallığa,
sədaqətə, ülfətə səsləyib.
Mən həmişə olduğu kimi, bu gün də öz ailəmlə Zey
nəddin Çələbovun qapısını əmi qapısı kimi açıram. Nə
vaxt orda olmuşamsa həm Zeynəddin əmimdən, həm də
həyat yoldaşı Şərqiyyə xanımdan mehribanlıq və doğ
malıq görmüşəm. Allah Zeynəddin əmimi bizlərə çox
görməsin!»
3 3 0
Cavanşir Sultanovun son sözləri yadıma Vaqif
İbrahimin bir bənd şeirini saldı.
Hardakı dostun var, o şahar saııa,
Doğmadır ö: ala ocağın kimi.
Ən uzaq bir yerdə olsa da yena.
Doğmadır çırağı çırağın kiıni.
* * *
Dostları ilə paylaş: