“
E fim s Şahmar
lülər, yalançılar, fırıldaqçılar, vəzifəpərəstlər, əliəyrilər,
oğrular, rüşvətxorlar, şöhrətpərəstlər müvəffəqiyyət qa
zanırlar, onlar cəmiyyətdə hətta hörmət də, şöhrət də
qazanırlar?» şəklində verilən sualları səbrlə cavablandırır,
haqq və ədalət uğrunda mübariz olmağı məsləhət görür.
Belə insanlar haqqında şair Zəlimxan Yaqub necə də
gözəl deyib:
Sudan duru, aydan arı mənəm, mən,
Dağ çiçəyi, zirvə qarı mənəm, mən,
Can sirdaşı, könül yarı mənəm, mən,
Haqqa doğru yol gedirəm nə vaxtdı.
Zeynəddin
müəllim
Nur yağan üzünə baxanda elə bil dağ görürəm, özüm
də ucalıram, heyy.. ucalıram!
Nur yağan üzünə baxanda elə bil dərya görürəm,
özüm də dərinləşirəm, heyy.. dərinləşirəm!
Nur yağan üzünə baxanda elə bil dəniz görürəm,
özüm də ləpələnirəm, heyy.. ləpələnirəm!
Nur yağan üzünə baxanda elə bil çay görürəm, özüm
də dalğalanıram, heyy.. dalğalanıram!
Nur yağan üzünə baxanda elə bil səma görürəm,
özüm də aydınlaşır, heyy.. aydınlaşıram!
Nur yağan üzünə baxanda elə bil bulaq görürəm,
özüm də saflaşır, heyy.. saflaşıram!
Nur yağan üzünə baxanda elə bil Günəş görürəm,
özüm də isinir, heyy.. istisinə qızınıram!
Hər dəfə söhbət əsnasında ağır yerişindən yer ləngər
lənən, qaməti, duruşu şux, ana-bacılara ər vəfasını, na
musunu, qeyrəti ən üstün tutan başı papaqlıların qalma
dığını görən, «kişi təpərindən, ər nəfəsindən qəlbimə,
3 2 4
ruhuma qüvvət istərəm» deyən, böyüksüz ocağın, bö-
yüksüz evin təməli dağılar, özülü laxlar, varlana-varlana
yoxsullaşınq kimi fikirləri ilə yuxusuna haram qatan
Zeynəddin müəllimin el ağsaqqalı kimi fəryadlarını
Zəlimxan Yaqubun sözləri ilə belə tamamlamaq olur.
Gör-götür dünyası göstərib bizə,
Elin başbiləni başda tac olub.
Sağlam toxum kimi düşüb torpağa,
Hər sözü bar verən bir ağac olub.
Əsil ağsaqqala, ağsaqqallığa
Nəsildən-nəsilə ehtiyac olub.
Oğullar görmüşəm bir kəndin deyil,
Çiynində mahalın yükünü şaxlar.
Aqil babalarım, de hardasınız?
Gözümə az dəyir qarapapaqlar!
Zeynəddin müəllim, ağsaqqalım kimi Sizə möhkəm
can sağlığı arzulayır, yüzlərlə insana əhdə vəfa, dərdə şəfa
və xeyirxahlıq yolunda uğurlar diləyirəm və ürək sözlə
rimə Zəlimxan Yaqubun iki bənd şeiri ilə nöqtə qo
yuram:
Ürək geniş olsa, sığmaz darlığa,
Saçar işığını bütün varlığa.
Saxtalar içində saxtakarlığa
Tərsinə açılan şillə kiıııiydik.
O mənə ataydı, mən ona oğul,
Mən ona ürəkdim, o mənə ağıl.
Uzun bir daşlandı, şirin bir nağıl,
Damladan yağışa, selə kiıııiydik. »
_______________________ _____
Qusar beşiyim mənim
_____________ 3 2 5