Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə150/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   146   147   148   149   150   151   152   153   ...   174
«Tənhalaşmış ağacın qəfil çökmək qorxusu var.»
Bu  siftəliyi  söyləyəcəyim  həqiqətə  bir  söykək  kimi 
bəri başdan dilə gətirdim:
Aşıq Ələsgərin  mükəmməl  nəvəsi  Haqverdi  Talıboğlu 
və  Şahdağın  ətəyində  özü-özünü  yetişdirib  kamilləşmiş 
Zeynəddin  Çələbovla  bu  dünyada  tapışıb  dostluq  əla­
qələri  qurmasaydım,  yəqin  ki,  ömrüm  yarımçıq  qalardı. 
Həyat  dadsız-duzsuz  olardı,  könlüm  istədikcə  qanad­
lanmağa gücüm çatmazdı.
Haqverdiyə  doğmalıq  duyğularını  bundan  əvvəl  çox 
yazımda  bəyan  eləmişəm.  Nədənsə,  Zeynəddin  haqqında 
danışmağa fürsət tapmırdım.
Yazmasaydım  belə, Cənnət  Qusarın  qədirbilən  insan­
ları bir yana dursun, o dağların qurdu-quşu da  bizim  bir- 
birinə  bağrı-badaş  dostluğumuzdan  yaxşı  xəbərdardır. 
Qusara yolum düşdükcə onun özünəməxsus dolub-daşan 
bazarına,  əslində,  bir  sərgi  kimi  baş  çəkməmiş  geri 
qayıtmıram.  Ömürlər  sərgisi,  nemətlər  sərgisi,  insan 
münasibətləri  sərgisi  kimi.  Sizə  qəribə  gəlməsin,  bir  də 
Zeynəddin  müəllimlə  mənim  qeyri-adi  dostluğumuzun 
çox qabarıq  təntənəsinin böyük güldəstə sərgisi  kimi...
_________________________________
Q u sa r b e ş iy im  tm n im
3 0 9


Elbrus Şahmar
Adamlar  piştaxta  arxasından  qalxıb,  mənə  yaxınla­
şırlar. Şirin  bir təbəssümlə: - Xoş gəlmisən bizim Qusara, 
Məmməd  müəllim!  Bəs  niyə  təkcə  gəlmisiniz?  Dostunuz 
Zeynəddin  müəllim  hanı  bəs?  Allah  eləməsin,  yoxsa 
aranız dəyib?
Desəm  ki,  bir  incikliyimiz  oldu...  Kimsə  inanmaz! 
Lafı  uzatsam,  eldə  deyildiyi  kimi.  «Qurandan  don  gey­
səm»  belə  inanmazlar.  Dostluğumuza  o  qədər  dərindən 
inanırlar ki!..
Boynuma  alım  ki, çiynimizə aldığımız dostluq  tirinin 
ağır başı Zeynəddinin üstünə düşür.  Bu mətləbi onun bir 
təbəssümü ilə deməyim, elə bilirəm sizə ləzzət verər.
Zeynəddini tez-tez Bakı toylarına qonaq çağırırlar:
Duzlu-məzəli söz-söhbətinə görə. Yoxsa məndən  beş­
betər  qara  qaşına,  qara  gözünə  baxmayacaqlar  onun. 
Söz  verəndə,  Zeynəddin  toy  camaatını  şirin  qımışıqlarla 
bir süzər, sonra soruşar:
- Siz Məmməd Aslanı tanımırsınız ki?
Çox adam tapılır ki, tanıdıqlarını bildirir.
Zeynəddin əlini yellədər:
- Ay tanıdınız ha!... Məmməd Aslanla dostliıq eləmək 
zolaqlı pələngi tutub öpmək kimi hünərdir!...
Bu  hesabla, görün,  Zeynəddin  müəllim məndən  nələr 
çəkir?!
Burası da  var ki, ауп cür olmağıma da dözməz.  Dost 
dostuna tən gərək!
Qusarın  yuxan  başında  yerləşən  sadədən  sadə  o  iki­
mərtəbəli evdə məmləkətimizdən  kimlər olmayıb!  Kimlər 
gəlmiş,  kimlər getmiş?!  Bu  ev  Zeynəddinin  dostlan  üçün 
Məkkə-Mədinə olmuş!..
310
Zeynəddin  müəllim  zatən  dostluqlar  qurmaq  üçün 
dünyaya  gəlmiş  möhtərəm  bir  insandır.  Çox  insan  onun 
insani  məziyyətlərindən  xəbərdar olsa  da,  sinəsinin  altın­
da  yaşatdığı  dünyadan  çoxları  da  xəbərsizdir.  Onun 
mənəvi dəyərləri yaşanan dostluqlar da üzə çıxır.
Tanrı  vergili  şairimiz  Ramiz  Qusarçaylı  məni  Zey­
nəddin  Çələbovla  tanış  edəndə  bu  adam  Qusar  rayon 
İcra  Hakimiyyəti  başçılığından  çox  da  keçməmişdi: 
Camaat arasında eynən əvvəlki  isti  münasibət, adamlarla 
əvvəlki  istiqanlı  ovqat  yaşantısı  ...  o  üstün  vəzifə  mə­
qamından hər kəsdə eyni heyfsilənmə və çaşqınlıq...
Zeynəddin  o zaman  və  ümumiyyətlə  bütün  ömrü  bo­
yu  peyğəmbər  gözütoxluğu  yaşayıb.  Onun  comərd­
liyindən  xanımı  Şərqiyyə  müəllimə  necə  məmnundur! 
Qıldığı  namazını  ürəkaçıqlıq  ilə  yerinə  yetirdiyindən, 
ibadəti bir toz belə qonmadığından Rəbbinə şükür eləyir.
Şərqiyyə  müəllimə  həm  də  Zeynəddinin  dostu  və 
bütün qovqalarında silahdaşıdır!
Zeynəddin müəllim ixtisasca tarixçidir. Amma elmin 
hansı sahəsini seçsəydi, ona mükəmməl yiyələnərdi. 
Yetmiş səkkiz yaşına baxmayaraq dəmir yaddaşına zədə 
düşməyib.
Ağlı-təfəkkürü  yerli-yerində.  Günün  və  zamanın 
hadisələrini dərin məntiqlə dəyərləndirməyi bacarır.
İlk  gəncliyindən  bəri  Azərbaycan  türkcəsi  ilə  və 
ləzgicə  bədii  cəhətdən  dolğun  və dərin  mənalı  lirik  şeirlər 
yazır.  Rəhmətlik  Bəxtiyar  Vahabzadə  vaxtilə  onun  şeir 
yaradıcılığı  ilə  tanış  olduqdan  sonra  şairliyini  ara  ver­
mədən  davam  etdirməyini  Zeynəddinə  məsləhət  gör­
müşdür.
_________________________________

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin