TJ
6
tus
Ş a h m a r
yolların buz bağladığı bir şəraitdə «Niva» markalı ma
şınla bağ və əkin sahələrindən keçib 25-30 sm qalınlığın
da qarın içi ilə adı çəkilən kəndlərdə çıxış etməyə tələsən
Zeynəddin müəllimlə yol yoldaşı olmaq ömrün unudul
maz səhifələrindəndir. Samur sahillərində rusların əli ilə
ermənilərin təbliğat vasitəsi olan müxtəlif araqarışdırıcı
qeyd kağızlarını bu taya keçirib su bulandırmaq istəyən
lərin qarşısını yerli ağsaqqallar ala bilərdi, bu doğrudan
da belə oldu. Zeynəddin müəllimi bütün kəndlərin
ağsaqqalları böyük hörmətlə qarşılayırdılar, onun məslə
hətlərinə ciddi reaksiya verirdilər, yüksək səviyyədə də
yərləndirirdilər. Bu iclaslardan sonra həm Qusarlı ziya
lılara, həm sadə camaata, ümumiyyətlə bütün Qusar
sakinlərinə bir daha valeh olan jurnalist həmkarlarımın
üzündəki sevincə baxıb içimdən qürur hissi keçirdim...
Zeynəddin müəllim rayon rəhbərliyinə pedaqoji
fəaliyyətdən gəldiyi üçün rayonda hamını gözəl tanıyırdı,
eyni zamanda onu da hamı gözəl tanıyırdı. Zeynəddin
müəllim həm də hamının dilini gözəl bilirdi. Ancaq...
onun dilini başa düşmək istəməyənlər də olurdu, istər
aşağı, istərsə də yuxarı səviyyələrdə. Ancaq Zeynəddin
müəllimin dili çox sadə idi, asan başa düşülən idi. O dil
hamını birliyə çağırırdı, müstəqil Azərbaycanı qorumağa
çağırırdı, düşmənlərin felinə uymamağa çağırırdı, - bu
çağırışın içində yenicə istiqlaliyyətini qazanmış Vətənimiz
boy verirdi, böyüyürdü.
Vətən öz oğullarının çiynində uca görünür. Zeynəd
din müəllim kimi oğulların çiynində bu Vətən bir az da
qəlbidir, bir az da ucalarda qərar tutub.
Zeynəddin müəllimin ədəbi-bədii keyfiyyətləri də
özünəməxsusdur. Onun mütaliə etdiyi şair və yazıçılar,
306
Qusar Seşiyim mənim
dinlədiyi xanəndələr, seyr etdiyi rəssam əsərləri dərin
sənətkarlıq
nümunələridir.
S. Vurğunu,
M.Ə.Sabiri,
Ü.Hacıbəylini, Niyazini, S.Bəhlulzadəni az qala bütün
söhbətlərində canlandırır, onları vəsf edir. Qusara gələn
söz-sənət adamlarına qucaq açır, qonaq saxlayır. Onun
qonaqpərvərliyi bütün bölgədə məşhurdur. Onun duzlu-
məzəli söhbətləri, mənalı və ibrətamiz tövsiyələri diqqə
təlayiqdir.
Zeynəddin müəllim təbiət vurğunudur, Qusarın
bütün bulaqları, meşə və yamacları, zirvə və yarğanları
onun izlərini yaşadır, onunla tez-tez təmasda olur. Təbiət
Zeynəddin müəllimin bir parçası kimi ona qaynayıb
qarışır. Bu ziyalıda nəinki bir bölgənin, bir ölkənin
təbiətinin saflığı var.
Mən sevinirəm ki, mənim bu simada, bu ucalıqda
ağsaqqal bir dostum var:
H ər gün salamlayır ellər oğlunu
Yenə
görüşünə gəlmişəm, görək
Bağrına basırmı ellər oğlunu.
Yenə də
şimaldan əsirmi külək,
Yenə oynadırmı yellər oğlunu.
Əzmində
dağ yükü, qaya adı var,
Səsində, sözündə Vətən dadı var.
Qartalın öz qıyı, öz qanadı var
Ötür zirvələrdə dillər oğlunu.
Şəklini köçürüb suya, bulaqda,
Gözəllər telini saya bulaqda...
3 0 7
I l b n ı s Ş a f u m r
Hər səhər Suvarda, Qayabulaqda
Öpür şehli-şehli güllər oğlunu.
Çox da ömrü dərddən, əzabdan gəlib,
İmanı müqəddəs kitabdan gəlib.
Özü Hildən gəlib, Yasabdan gəlib
Hər gün salamlayır yollar oğlunu.
Coşur Qusar çayı nərədən keçib
Yarğandan adlayıb, dərədən keçib.
Çatdırar min adda bərədən keçib
Əbədi ümmana sellər oğlunu.
Dekabr 2011-ci il
*
*
*
Dostları ilə paylaş: