qəhrəmanı Zeynəddin Çələbovla 60 ildən çox ünsiyyətdə olduğu, tələbə yoldaşı Aydın Babayevdi. Onun Zeynəddin
müəllim barədə deyəcəyi ürək sözlərindən əvvəl özünü
bir neçə sözlə oxucularla tanış edirəm:
Aydın Heydər oğlu Babayev respublikamızda yetə
rincə tanınan bir simadır. O, 1930-cu ildə Qərbi Azərbay
canımızın Vedibasar bölgəsinin Yengicə kəndində ana
dan olub. Aydın Babayev bir sıra məsul vəzifələrdə çalış
mış, cavan vaxtlarında idman yarışlarında fərqlənmiş,
güləş üzrə respublikamızda dəfələrlə birinci yerə çıxmış
dır. O, həm Azərbaycan Bədən Tərbiyəsi institutunda,
həm də Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
tarix fakültəsində Zeynəddin müəllimlə eyni vaxtda təhsil
alıb.
Aydın Babayev tələbə yoldaşı barədə az danışdı,
ancaq ürəkdən danışdı, sözləri əzizləyə-əzizləyə dedi:
«İnsan ömrünün ən gözəl, ən qaynar, ən arzulu və
iddialı çağları tələbəlik günləri, ayları, illəridir. Heç fərq
etməz, istər o illərdə ehtiyac içində yaşa, istərsə də təmi
natlı ol. Məni o illərdən ayıran zaman 60 ilə bərabərdir.
Bununla belə onlar elə bil bir neçə il bundan əvvəl olub.
Sanki əl uzatsan o illərin yaxasından yapışarsan. Çox
təəssüf ki, bu, istəkdən, dünyaya məhəbbətdən irəli gələn
duyğulardan doğan bir haldır. Bir şeyə təəssüflənirəm ki,
o illərdən yaddaşımda qalanlar çox azdır. Ancaq Zey
nəddin Çələbovla bağlı olan günlərim unudulmazdır.
Bəlkə də bu ondan irəli gəlirdi ki, hər ikimiz sadə bir ailə
dən çıxmışdıq və hər ikimiz də ehtiyac içində yaşamışdıq.
Vaxt olub doyunca yeməmişik də. Ancaq Bədən Tərbi-
300
Elbrus Şafımar____________________ ___________________
yəsi institutunda oxuyanda idmanı böyük bir yanğı ilə
sevmişik, əla idmançı olmaq üçün gecə-gündüzümüz ol
mayıb, müntəzəm olaraq məşqlərdə olmuşuq. İdmanı
həm nəzəri, həm də təcrübü baxımdan mənimsəmək
istəmişik və hər ikimiz də buna nail olmuşuq - yarışlarda
fərqlənmişik. Məndən fərqli olaraq Zeynəddin bir balaca
davakar idi. Kimlərəsə sataşmazdı, artıq-əskik söz de
məzdi, ancaq kimsə ona sataşanda qabağından qaçmaz
dı, elələrinin layiqli payını verərdi. Əgər tələbə yol
daşlarımızdan kimsə kiminsə hədəsinin hədəfi olsaydı, o
vaxt Zeynəddin işə qarışar, öz sözünü deyərdi. Tale elə
gətirdi ki, illər keçəndən sonra biz yenidən tələbə yol
daşları olduq, Azərbaycan Dövlət Universitetinin Tarix
fakültəsində qiyabi təhsil aldıq. Ancaq o illər mən ondan
bir neçə kurs əvvəl oxuyurdum.
İndi hər ikimiz ömür adlı bir dağın zirvəsinə üz
tutmuşuq. O zirvənin ömrü 100 illə ölçülür. Bəlkə də bir
neçə il də artıq. Allah bizi bir daha o zirvədə görüş
dürsün!»
*
*
*