Məmməd Aslan (Aslanov Məmməd Muxtar oğlu) 1939-cu il, dekabrın 23-də Kəlbəcər rayonun Laçın kən
dində anadan olub. O, 1981-ci ildən Azərbaycan Yazı
çılar Birliyinin üzvü, şair və publisistdir. 1970-ci ildən
Qabaqcıl Maarif xadimi, 1998-ci ildən isə Əməkdar
incəsənət xadimidir. 2000-ci ildə isə «Şöhrət Ordeni» ilə
təltif olunub. 20-dən çox kitab müəllifi olan Məmməd
Aslanın yaradıcılığında poeziya önəmli yer tutur.
Məmməd Aslan 1962-ci ildə Azərbaycan Pedaqoji
İnstitutun filologiya fakültəsini bitirəndən sonra, əmək
fəaliyyətinə Kəlbəcər rayonun Yanşaq kənd məktəbində
müəllim kimi başlamış və sonralar əmək fəaliyyətini
dövrü mətbuatda davam etdirmişdir. Məmməd Aslanın
yaradıcılığında başqa xalqların ədəbiyyatından tərcümə
lər də xüsusi yer tutur.
3 0 8
Oxucu mühakiməsinə verilən «Fırtına kimi» başlıqlı
yazı, onun özünün dediyi kimi Zeynəddin müəllimə
düşüncə çələngidir:
«Ömürlər dünyadan daha çox ömürlərə bağlıdır.
Başqa sözlə, insan özündən başqa insanlarla bir uyuşum
içində dünya həyatını yaşamağa məcburdur. Təkbaşına
həyat zindan kimidir. Quşlar, heyvanlar və bütün canlılar
belə bir həmcins nəfəsə möhtacdır. Məmməd Araz nə
gözəl deyirdi: