Oqtay Rza, (Rzalı Oqtay Məhərrəm oğlu) - şair,
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,
«Mikayıl Müşfiq» və «Qızıl qələm» mükafatlan laureatı
dır. Bu vaxta qədər Oqtay Rzanın 15 kitabı çap olunub.
O, 1934-cü il oktyabrın 10-da Salyan rayonun Qalalı
kəndində anadan olub, 1956-cı ildə Azərbaycan Sənaye
İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib. Geolo
giya-mineralogiya elmləri namizədi olan Oqtay Rza uzun
illər elmi və pedaqoji fəaliyyət göstərmiş, 2008-ci ildən isə
Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültə
sində Dədə Qorqud elmi tədqiqat Mərkəzində böyük
elmi işçi kimi fəaliyyət göstərir. Aşağıdakı şeir isə Oqtay
Rzanın, dostu Zeynəddin Çələbova həsr etdiyi ürək
döyüntüləridir.
‘Elbrus Şafumr 3 2 8
Qusar! Qusar!
Necə susar,
Ürək sən tək diyarda
Talaları naxış-naxış,
Çiçək-çiçək diyarda?
Halal eylə meşələrin
Havasını, ətirini:
Çeşmələrin özü yazıb
Şeirimin ilk sətrini.
Goy yoxuşda bitən lalə
Oda, közə bənzəyir,
Axşam yanan çıraqların
Min-min gözə bənzəyir.
Bir dünyaya dəyişmərəm
Ləzə kimi yaylağı,
Salam, çoban Salamatın
Doxsan illik oylağı.
Qusar! Qusar!
Necə susar
Ürək sən tək diyarda -
Səyyahların vurulduğu,
Zeynəddinin doğulduğu
Gözəl-göyçək diyarda!
* * *