Həmsöhbətim Qusar şəhərində yaşayan Bəxtiyar Göl- məmməd oğlu Pirəliyevdir. O, 1954-cü ildə Suval kən
dində müəllim ailəsində anadan olub. Azərbaycan Peda
qoji İnstitutunun Tarix fakültəsini bitirib. Hazırda Ku-
zun kənd məktəbində tarixdən dərs deyir. Ailəlidir - 6
övladı, 1 nəvəsi var.
Bəxtiyar müəllimin dediklərindən:
- Mən, Zeynəddin müəllimin bacısı oğlu Rəsulla
institutda birlikdə oxumuşam. Zeynəddin müəllim o
vaxtlar bizdən tez-tez xəbər tutardı. İnstitutun rektoru
Haşım Ağayevlə dost olduğundan biz də qorxusuz oxu
yardıq. Bilirdik ki, bir çətinlik olsa arxamızda dayanıbdı.
O illər Zeynəddin müəllim maddi və mənəvi dayağımız
oldu. Sonralar Qusarda əmək fəaliyyətinə başlayanda da
bir çətinliyim olan kimi ona yaxınlaşmışam, ondan düz
gün məsləhət alıb, onun köməkliyindən bəhrələnmişəm.
O, dünən də ağsaqqalım olub, bu gün də və nə qədər ki,
canımda can varsa ağsaqqalım olacaq.
Belə bir deyim var, dünyanın cahangiri olsan da, qon
şuya qonşu olmalısan. Belə bir atalar sözümüz də var,
uzaq qohumdan yaxın qonşu yaxşıdır. Bütün bunları ona
görə xatırladım ki, müsahibim uzun illər Zeynəddin
müəllimlə qonşuluq edən Qusar şəhər 1 saylı orta mək
təbin direktor müavini Vidadi Şəfayət oğlu Cavadov idi.
Onunla Zeynəddin Çələbovun evində görüşdük, çay içə-
içə ötənlərdən-keçənlərdən, dərədən-təpədən söhbət et
dik. Söz-sözü çəkdiyindən gəlib Zeynəddin müəllimin
üstə dayandıq. Vidadi Cavadov böyük ehtiram, böyük
'Elbrus Şahmar__________________
3 5 2 ____________________
məhəbbətlə sözə başladı: - Tək mən yox, bütün qonşular
Zeynəddin müəllimi ağsaqqalımız bilirik. O. sözünün
ağası olan, xeyir əməl sahibidir. Kimliyindən asılı ol
mayaraq ona müraciət edən, ondan köməklik uman hər
kəs onun xeyirxahlığından bəhrələnib. Zeynəddin müəl
lim dəfələrlə hər birimizin dadına çatıb, həmişə bizlərə
doğma olub.
Zeynəddin Çələbov internatda direktor olan vaxt
atam onunla görüşüb xahiş edir ki, bacım Aybənizi ya
nında işə düzəltsin. Məqsəd də o idi ki, o vaxtlar ali mək
təbə daxil olmaq üçün iş stajı tələb olunurdu. Zeynəddin
müəllim atamın xahişini böyük xoşluqla qəbul edib.
Bacım Aybəniz düz üç il internatda işlədi və bundan
sonra sənədlərini ATİ-ə verdi və qəbul olundu.
Bu dediyim Zeynəddin müəllimin qonşulara etdiyi
doğmalıqdan biri idi. Bu yöndə xeyli misallar çəkmək
olar. Ancaq mən onlardan birini deməklə kifayətləndim.
Onu da deyim ki, Zeynəddin müəllim vəzifədə olanda da,
olmayanda da biz qonşulara, küll halında onunla təmas
da olanlara qarşı münasibəti dəyişməyib. Həmişə meh
riban, səmimi və qayğıkeş olub. Eləcə də bizlər də, onun
vəzifədə olub-olmamasına fərq qoymamışıq, ona qarşı
həmişə ehtiramlı olmuşuq və indi də ona qarşı iltifatlıyıq.
* * *