Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə158/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   154   155   156   157   158   159   160   161   ...   174
Qusar beşüjim tmnim
3 3 5


'Ettrus Şafmar
Onu  da  qeyd  edim  ki.  Zeynəddin  müəllimin  yaxşı  yol 
yoldaşlığı  da  var.  Mən  deyərdim  ki,  qorxu  hissi  hər 
zaman  ondan  uzaq  olub.  O,  iş vaxtı  nə qədər  tələbkar  və 
ciddi  idisə  adi  vaxtlarda  yumorlar  danışıb,  özünün 
tabeçiliyində  olanların  yanında  özünü  dartmazdı,  kol­
lektivin  hər  bir  üzvü  ilə  ünsiyyət  saxlaya  bilirdi.  Zaman- 
zaman  internata  gələn  yoxlayıcılarla  çox  sərbəst  ünsiy­
yətdə olar, onların  heç birindən çəkinməzdi.  Bu da ondan 
irəli  gəlirdi  ki,  o,  işində  düz  idi,  heç  bir  əyintiyə  yol 
vermirdi.  Bəzən  özünü  təşəxxüsli'ı  aparan  neçə nəfər yox- 
layıcını  yerində  otuzdurar,  eləsi  ilə daha  sərt davranardı. 
Ancaq  kimliyindən  asılı  olmayaraq  öz  yerini  və  hərə­
kətini  bilən  hər  kəslə xoş  ünsiyyətdə olar,  bir qonaq  kimi 
onların hörmətini saxlayardı.
Bir  dəfə  iki  nəfər  məsul  şəxs  maarif  nazirliyindən 
internatı  yoxlamağa  getmişdi.  Onlar internata  gələn  kimi 
bir  çox  qapılara  plomb  vurdu.  Həmin  vaxt  Zeynəddin 
müəllim  dostlarından  birinin  toy  məclisində  idi.  Ona 
xəbər  verdik.  Zeynəddin  müəllim  internata  gələndə  yox- 
layıcılardan  biri  onunla  hündürdən  danışdı,  ona  «xox» 
gəlmək  istədi.  Zeynəddin  müəllim  də  kabinetinin  açar­
larını  onun  üstə  tullayıb  toya  qayıtdı.  Az  sonra  hərə­
kətində  düz  olmadığını  dərk  edən  yoxlayıcılar  da  həmin 
toy  məclisinə  gedib  Zeynəddin  müəllimlə  barışıb  və 
«ləzginka» havasında sümük sındırdılar.
1980-ci  ilin  yayında  Zeynəddin  müəllimin  başçılığı al­
tında  internatın  əlaçı  şagirdlərini  dünyagörüşlərini  artır­
maq  məqsədilə  Kiyev  şəhərinə  apardıq.  O  vaxt  şəhərə 
gəzməyə  çıxanda  Zeynəddin  müəllim  bir  ləzgi  xəncərini 
də  özü  ilə  götürüb  görünən  bir  yerində  asardı.  Belə 
vaxtların birində bir nəfər milis əməkdaşı qarşımızı  kəsib 
336
Qusar beşiyim iron im
3 3 7


'Elbrus Şahmar
3 3 8
Qusar beşiyim manim
Ş

lu
l;
ı£
(l;
ın
 Ы
г
 "
ü
ıı
ıü
ş



‘Elbrus Şahmar
Q
u
sa
rd
a
 qış


'Elbrus Şahmar
3 4 4
B
a
z
a
ry
u
rd
 zirvə
sind
ə.
 S
o
ld
a
n
 Ç
in
g
iz
 A
bd
ull
ay
ev,
 
N
iz
a
m

R
ü
stə
m
o
v
 v
ə 
İl
q
a

ts
ra
fil
o
v
Zeynəddin müəllimdən xəncərin sənədlərini tələb etdi.  Bu 
vaxt  Zeynəddin  müəllim  özünü  onun  sözündən  təəc­
cüblənən kimi göstərib, bir qədər qə kəskin şəkildə həmin 
milis əməkdaşına dedi:  «Çox  təəssüf edirəm  ki, sizi dövlət 
və  partiya  qərarlarından  xəbərsizsiniz.  Əgər  xəbəriniz 
olsaydı  bilərdiniz  ki,  bir  neçə  ay  bundan  əvvəl  M К  ləz­
gilərin  milli  xüsusiyyətlərini  nəzərə  alıb,  onların  heç  bir 
sənəd  olmadan  xəncər  gəzdirmələri  barədə  xüsusi  qərarı 
qəbul edib.»
Zeynəddin  müəllimin  belə  ötkəm  danışığından  sonra 
milis  əməkdaşının  ondan  dönə-dönə  üzr  istəməsindən 
başqa çıxış yolu olmadı.
Zeynəddin  müəllim  həmişə  yumorla  danışmağı 
sevdiyindən, onunla yol yoldaşı olmaq maraqlı  olurdu. O 
həm də xeyir-şər adamıdır, hər məqamda özünü ağsaqqal 
kimi  aparmağı  bacarandı.  Ona  görə  də  məclislərdə 
həmişə hörmətlə qarşılanır və hörmətlə də yola salınır.
1981-ci  ildə  əlaçı  şagirdləri  Moskva  şəhərinə  apar­
mışdıq.  Orda  olan  internatların  birinin  yataqxanasında 
bizə  yer  vermişdilər.  Yataqxananın  komendantı  qorxa- 
qorxa  bizə dedi  ki,  yerli  uşaqlar internata  hücum  ediblər 
və  onlar  sizin  uşaqlarla  dava  etmək  istəyir.  Bu  vaxt 
Zeynəddin  müəllim  dedi  ki,  qorxmağa  dəyməz,  mən  bu 
saat  hər şeyi  yoluna  qoyaram.  Və  bu  sözü  deyən  kimi  də 
hücum  edən  uşaqların  qabağına  çıxıb.  Onlara  dedi: 
«Sizdə qonaqpərvərlik  beləmi  olur.  Əgər  siz  bizim  şəhərə 
gəlmiş  olsaydınız  hər  biriniz  xüsusi  qayğı  ilə  əhatə 
olunardınız.  Bir  də  xəbəriniz  yoxdur  ki,  bizim  uşaqlar 
hamısı  igid  və qorxmazdılar,  onlardan  biri  sizin  onunuza 
cavab verə bilər.  Onu da qeyd etdi  ki,  hər uşağın  üstündə 
yarım metrlik xəncər də var. Sonra qayıdıb bunu da əlavə
__________ H i
__________________ ______________
Qusar beşiyim m nim


Ъ[brus Şahmar
etdi:  ancaq  onlar  sizinlə  dost  olmağa  da  hazırdı.  İndi 
özünüz seçin, dava, yaxud sülh?»
Zeynəddin  müəllimin  belə  odlu-alovlu  və  məntiqli 
danışığı nəticəsində sonda barışıq oldu.
Zeynəddin  müəllimlə  bağlı  yadıma  bir  maraqlı 
əhvalat da düşdü.  1987-ci  il  idi,  kollektiv olaraq  «Catal» 
yardımçı  təsərrüfatında  işləyirdik.  Hərə  bir  iş  görürdü. 
Zeynəddin  müəllim  də  yemək  üçün  kəsilən  qoyunun 
qazanda bişirilməsini öz boynuna götürdü.  Yeməyə əlinə 
keçən  göy-göyərtidən,  mer-meyvədən  də  vurmuşdu.  Bir 
də gördük  ki,  yeməyin  içində  qoyunun  qığından  da  var. 
Zeynəddin müəllim də gülə-gülə qayıdıb dedi ki, onun da 
bir gözəlliyi, bir ləzəti, bir dadı-tamı var, yeyin getsin.
Sonda  onu  da  deyim  ki,  iş  vaxtı  tələbkar  və  ciddi 
olan, yeri gələndə müəllimlərə və şagirdlərə haqlı cəza ve­
rən  Zeynəddin müəllim  işçisini,  yaxud  şagirdi  başqasının 
ayağına  verməzdi,  hər  yerdə  onları  müdafiə  etməyi  ba­
carardı.  Belə  kollektiv  rəhbəri  ilə  işləmək  əlbətdə  ki,  hər 
bir işçiyə xoş olan hal və xüsusiyyətdir. Onun yeri indi də 
aramızda görsənir.  Allah  uzun ömür versin.  Axı,  bizlərin 
bir  ağsaqqal  kimi  ona  həmişə  ehtiyacı  olub.  Bu  ehtiyac
dünən də olub, bu gün də var, sabah da olacaq.
*  *  *

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin