müəllimi olan öz həyat yoldaşı Şərqiyyə xanımı geyiminə
görə danlayıb, onu doluxsunmuş halda evə göndərməsi.
Bir dəfə, 23 fevralda qadın müəllimlər adama 3 manat
pul yığıb kişi müəllimlər üçün bayram süfrəsi açdıq.
Zeynəddin müəllim məclisin sonunda qadın müəllimlərə
diqqətlərinə görə öz təşəkkürünü bildirib, öz hesabından
pullarımızı özümüzə qaytardı.
İndi bizim müəllimlik peşəmiz sona yetsə də, qardaş-
bacı münasibətimiz bu gün də yaşayır və ömrümüzün
sonuna kimi də o münasibətin qalacağına əminik.
Bu gün dekabrın 14-dü, ilıq payız havasında Zey
nəddin müəllimin evində masa arxasında oturub kitabla
bağlı fikirlərimi ağ vərəqlərə köçürməkdə idim. İki nəfər
orta və ahıl yaşlı qadın qonaq gəldi. Şübhəsiz ki, heç
birini tanımırdım. Davranışlarından, söz-söhbətlərindən
ziyalı olduqları hiss olunurdu.
Kim idi onlar? Biri 1945 il,
Dostları ilə paylaş: