Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Müsahibim  uzun  illər  Zeynəddin  Çələbovla  internatda



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə159/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   155   156   157   158   159   160   161   162   ...   174
Müsahibim  uzun  illər  Zeynəddin  Çələbovla  internatda 
pedaqoji  fəaliyyət  göstərmiş,  bir-biri  ilə  həm  də  qardaş- 
bacı münasibətində olan Zəmirə Ricəddin qızı Qədiyevadır.
O,  1932-ci  ilin  5  dekabrında  Qusar  şəhərində  anadan 
olub,  M.F.Axundov  adına  institutu  bitirib,  1957-ci  ildən 
2010-cu  ilə  kimi  internat  məktəbində  rus  dili  və  ədəbiy­
yatından dərs deyib.  1960-cı ilin  15 noyabrında SSRİ  Ali 
Soveti  Rəyasət  heyətinin  fərmanı  ilə  «Əmək  əlaçısı»  me- 
346
dalı ilə təltif olunub,  1960-cı ildə respublika üzrə keçirilən 
müəllimlər qurultayının iştirakçısı və məruzəçisi olub.
Zəmirə  xanımla  söhbətimiz  elə  Zeynəddin  müəllimin 
iştirakı  ilə  oldu.  Ancaq  Zeynəddin  müəllim  çox  vaxt  bizi 
ikilikdə qoyurdu.  Görünür  üzünə  qarşı  təriflənməyindən 
ya  xoşlanmır,  ya  da sıxılırdı.  Mən  onların  görüşündə sö­
zün müstəqil mənasında qardaş-bacı münasibəti  gördüm. 
O  dəm  Zəmirə  xanım  mənim  gözlərimdə  böyük  bacı 
timsalında  idi.  O,  Zeynəddin  müəllim  barədə  qısa  olsa 
da,  böyük  ehtiram  və  məhəbbətlə  danışdı:  -  Mən,  Zey­
nəddin  müəllimi  keçən  əsrin  50-ci  illərin  əvvəllərindən 
tanıyırdım.  O  vaxtlar biz ayrı-ayrı  Ali  məktəblərdə  təhsil 
alsaq  da  bir-birimizi  həmyerli  kimi  tanıyırıq.  Ağır  illər 
olduğundan  mən  də,  rəfiqələrim  də  ona  arxalanar,  ona 
güvənərdik.  Hətta  tətil  olan  zamanlarda  da  onunla 
birlikdə  Qusara  gəlib  -  gedərdik.  Onun  biz  qızların  üstə 
davaya  düşən  vaxtları  da  olub.  Zeynəddin  heç  kimin 
qabağından  qorxub  çəkinməzdi.  Sonralar  taleyin  qis­
mətindən  eyni  təhsil  ocağında  fəaliyyət göstərməli  olduq. 
Əvvəllər  internatda  sıravi  müəllim  işləyən  vaxtlarda 
internatın  direktoru  onunla  məsləhətləşər  və  onunla 
hesablaşardı.  Zeynəddin  müəllim  neçə  illər  internatın 
direktoru  işlədiyi  vaxt  sözün  həqiqi  mənasında  şagirdlər 
xoşbəxt  idi.  Eləcə  müəllimlər  də  arın-arxayın  işləyirdi. 
Onlar yaxşı bilirdi ki,  haqsızlıqla barışmayan, nöqsanlara 
göz  yummayan  Zeynəddin  müəllim  hər  kəsin  barəsində 
özü ölçü götürər, ancaq  onları heç kimin ayağına  verməz. 
Dəfələrlə  onun  fəhlələrlə  birlikdə  işləməsinin,  yardımçı 
təsərrüfatda çalışmasının, yeri gələndə əkin sahəsini, bağ- 
bağatı  suvarmasının  şahidi  olmuşam.  O,  hamıya  eyni 
münasibət  göstərərdi.  Yaxşı yadımdadır,  onun  internatın
________________________________
Qusar beşiyim tronim
_______________ 3 4 2


müəllimi olan  öz həyat yoldaşı Şərqiyyə xanımı  geyiminə 
görə  danlayıb,  onu  doluxsunmuş  halda  evə  göndərməsi. 
Bir  dəfə,  23  fevralda  qadın  müəllimlər  adama  3  manat 
pul  yığıb  kişi  müəllimlər  üçün  bayram  süfrəsi  açdıq. 
Zeynəddin  müəllim  məclisin  sonunda  qadın  müəllimlərə 
diqqətlərinə görə öz  təşəkkürünü  bildirib,  öz hesabından 
pullarımızı özümüzə qaytardı.
İndi  bizim  müəllimlik  peşəmiz sona  yetsə də,  qardaş- 
bacı  münasibətimiz  bu  gün  də  yaşayır  və  ömrümüzün 
sonuna  kimi də o münasibətin qalacağına əminik.
Bu  gün  dekabrın  14-dü,  ilıq  payız  havasında  Zey­
nəddin  müəllimin  evində  masa  arxasında  oturub  kitabla 
bağlı  fikirlərimi  ağ  vərəqlərə  köçürməkdə  idim.  İki  nəfər 
orta  və  ahıl  yaşlı  qadın  qonaq  gəldi.  Şübhəsiz  ki,  heç 
birini  tanımırdım.  Davranışlarından,  söz-söhbətlərindən 
ziyalı olduqları  hiss olunurdu.  Kim idi onlar? Biri  1945 il, 

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin