Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Hacıbaba  Canəhməd  oğlu  Şıxıyevlə  dekabrın  üçüncü



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə161/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   157   158   159   160   161   162   163   164   ...   174
Hacıbaba  Canəhməd  oğlu  Şıxıyevlə  dekabrın  üçüncü 
ongünlüyündə, Bakıya qayıtdığım gün görüşdük.  O,  1947- 
ci  il  fevralın  21-də  Yuxarı  Ləyər  kəndində  anadan  olub 
və  bu  gün  də  öz  doğma  kəndində  yaşayır.  Ailəlidir,  6 
övladı, 7 nəvəsi var.
Hacıbaba  1971-ci  ildə  Xarici  Dillər  institutunun 
ingilis  dili  fakültəsini  bitirib,  hal-hazırda  Yuxarı  Ləyər 
kənd məktəbində ingilis dilini tədris eləyir.
350
Hacıbaba  müəllim, Zeynəddin  Çələbov barədə böyük 
ürək, böyük məhəbbətlə danışmağa başladı:
- Mən,  onu  1957-ci ildən  tanıyıram. O vaxt  internatın 
4-cü  sinifində  oxuyurdum.  Həmin  il  Zeynəddin  müəllim 
internatda  müəllim  idi,  bir  neçə  il  sonra  isə  internatın 
direktoru  oldu.  Onu  da  deyim  ki,  mənim  yaşıdlarım  in­
ternatın  birinci  buraxılışı  olduq.  Biz  şagirdlər Zeynəddin 
müəllimdən  həm  çəkinər,  həm  də  ona  yaxınlıq  gös­
tərərdik,  bir çətinliyimiz olanda  ona yaxınlaşardıq.  Daha 
sonra  Zeynəddin  Çələbovun  rəhbərliyi  altında  işləyən 
vaxtım da  olub.  O,  rayonda  İcra  Hakimiyyətinin  Başçısı 
olanda  mən  də  Xuray  inzibati  ərazi  üzrə  icra  nümayən­
dəsi  işləmişəm.  Nümayəndəsi  olduğum  inzibati  ərazidə 
dörd  kənd  vardır  -  Xuray,  Yuxarı  Ləyər,  Suvacal  və 
Ləyərqışlaq.  Bir dəfə çətinlik  çəkmədən  Zeynəddin  müəl­
limlə  görüşdüm,  azərbaycanlılardan  ibarət  olan  Yuxarı 
Ləyər kənd  sakinlərinin  problemini ona çatdırdım: Vaxtı 
ilə  əsassız  yerə  bizim  kəndin  158  hektar  olan  biçənək 
sahəsini  Urva  kəndinin  istifadəsinə  verildiyindən  mal- 
qaramızın  otlaq  sahəsi demək olar ki, yox  idi.  Zeynəddin 
müəllim  mənim  sözlərimi  dinlədiyi  günün  sabahı  kəndə 
gəldi,  camaatın  haqlı  şikayətini  dinlədi  və  bir  gün  sonra 
həmin  torpaq  sahəsinin  Yuxarı  Ləyərə  qaytarılması 
barədə  sərəncam  imzaladı.  Ona  görə  bizim camaat  onun 
haqlı  qərarından  çox  razı  qaldılar  və  bu  barədə  dönə- 
dönə ona minnətdar olduqlarını bildirdilər.
Zeynəddin  müəllim  gözütox  kişidi.  Sözünü  bütün 
məqamlarda  deyəndi.  Hər  kəslə  səviyyəsinə  görə  danış­
mağı  bacarandı.  Sözünün  ağasıdır.  Xeyirəməl  sahibidir. 
Xeyirəməl  sahibləri  də  uzun  ömürlü  olur.  Və  mən  də 
müəllimim  və  ağsaqqalım  Zeynəddin  Çələbova  uzun
351
________
Qusar beşiyim nwnim


ömür,  salamatlıq  və  gümrahlıq  arzulayaraq  deyirəm  ki,
biz Aşağı  Ləyərlilərin qapısı onun üzünə həmişə açıqdır.
*  *  *

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin