'Elbrus Şahmar
nəfis şəkildə inşa olunmuş Ənix və Hil kənd məscidləri bu
diyarın qədimliyindən, ulu keçmişindən xəbər verir.
Yüzlərlə şanlı-şöhrətli elm adamları, ədəbi mühitdə
ad-san çıxarmış yaradıcı adamları, dövlət və hökumət
xadimləri, qəhrəman oğul və qızları var bu diyarın. Diş-
dırnağı ilə özünə gün-güzəran qazanmış, zəhməti və
işgüzarlığı hesabına sayılıb-seçilən, hər yerdə adı ehti
ramla çəkilən səxavətli və xeyirxah oğullardan da xali
deyil Qusar. Yazımın əvvəlində onlardan biri, Seyfəddin
Zeynəddin oğlunun adını çəkmişdim. İndilikdə isə neçə
illər üzərində işlədiyim, iri həcmli «Ömürnamə» adlı
kitabımı öz vəsaiti hesabına çap etdirən Sabir Fərzəliyev
barədə söz demək istərdim.
Sabir Fərzəliyev ilə tanışlığıma və nəhayətdə dostlu
ğuma görə qohumum, sözün həqiqi mənasında ağ
saqqalımız olan professor Zahid Quliyevə öz dərin min
nətdarlığımı və həmişəyaşarlı olan dərin ehtiramımı bil
dirirəm. Zahid müəllim bizi təxminən 2 il bundan əvvəl
tanış edib. Və mən, Zahid müəllimin insanları düzgün
tanımaq və doğru dəyərləndirmək bacarığına, səriştəsinə
və fəhminə bir daha əmin olmuşam.
Yadıma Abbasqulu Ağa Bakıxanovun bir kəlamı
düşür: «Bədbəxt o adamdır ki, başqasına yaxşılıq etməyi
bacardığı halda, bunu etməsin». Rəhmətlik necə də tən-
dürüst deyib. Axı insan öz ömrünü bağa kimi qınına
çəkilmiş halda yaşamamalıdı. İnsanın ən başlıca xüsusiy
yəti, insanlıq meyarı odur ki, imkanı dairəsində kimlərəsə
əl tutsun, kömək etsin, xeyir əməl sahibi olsun, yaxşı söz
danışsın, nəinki başqalarına yük olsun. Axı biz dünyaya
yeyib-yatmaq üçün deyil, kimlərisə yaşatmaq üçün
gəlmişik.
7 2 ____
Dostları ilə paylaş: