Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə31/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   27   28   29   30   31   32   33   34   ...   174
Sübhüdən küffarə şəmşir vurdur kim, bərqərar, 
Maşallah, dini-islam cəng edən aşikardan.
Sübh açıldı,  bir tamaşa qıldı meydan ləzgilər,
Etmədi hərgiz özün meydanda pünhan ləzgilər.
Pozdu küffar dəstəsin,  etdi pərişan ləzgilər,
Qırdı rusun bər-səfın,  xak ilə yeksan ləzgilər.
Ləzgilər topxanaya kim girdi,  tufan etdilər,
Xəncəri xunriz ilə küffarı bican etdilər.
Eylə san kim,  ol zaman bir qana yüz qan etdilər,
Durdu məscid qapısında sanasan bir şiri-nər,
İçdilər,  şəlıdi-şəhadət  vəhy olan izharidən.
Durdu məscid qapusunda sanasan bir şiri-nər,
Etdilər yüz dürlü dəva,  qıldılar olınaz lıünər,
Gördü kafir kim,  tüfəng, şəmşir ilə bulmaz zəfər,
Çəkdi toplar üstünə, gəl ey mədəd xeyrül-bəşəı ! 
Sanasan od yağdı göydən,  üstə atəş nardan.
Azərbaycanda  və  Dağıstanda  yaşayan  bir çox  şair  və 
yazıçılar uzaq və yaxın  keçmişimizdən çağdaş zəmanəmi­
zə  kimi  həm  ləzgi,  həm  də  Azərbaycan  dilində  yazıb 
yaratmışlar.
Hələ  XIV  əsrdə  yaşamış  ləzgi  Kürəli  Məlikin  yara­
dıcılığında  Azərbaycan  dilində  yazdıqları  daha  geniş  yer 
tutmuşdur.  O,  Teymurun  hücumları  zamanı  həlak  olub. 
Bu  yöndə  XVI  əsrdən  üzübəri  yaşayanlardan  milliyyətcə 
azərbaycanlı  və  ləzgi  olan,  hər  iki  dildə  yazan  Bayat 
Abbasın,  Müşkürlü  İbrahimin,  Miskincəli  Təqirin,  Müş­
külü  Məhəmmədin,  Müsürlü  Əkbərin.  Miskincəli  Miski-
____________________________________ Qusar beşiyim mənim
85


nin,  Miskin  Vəlinin,  Səfillər  Xəlilin,  Səfillər  Məhəmmə­
din,  Silindi  Bukanın,  Müskürlü  Mustafanın,  Mirzə  Əli 
Axtılının,  Leyli  Xanımın  və  Ləzgi Əhmədin  adlarını çək­
mək  olar.  Onu  da  deyim  ki,  Ləzgi  Əhməd  azərbaycanlı 
şair  və  aşıq  Xəstə  Qasımla  yaxın  dost  olub,  şeirlərində 
bir-birini tərənnüm ediblər.
Yuxarıdakı siyahını daha çox  uzatmaq olardı.  Ancaq 
dediklərimi  də kifayət  bilirəm.  Bununla belə bir  neçə söz 
ustadlarının adını çəkməsəm olmaz: Onlardan  biri XVIII 
əsrin  sonlarında  və  XIX  əsrin  birinci yarısında  Dağıstan 
ədəbiyyatında  müstəsna  xidmətləri  olan  tahircanlı  Əmir 
Əli,  XIX  əsrdə  və  XX  əsrin  birinci  on  illiyində  yaşamış 
Həsən  Əlqədari,  XIX  əsrdə  yaşamış  Yetim  Əmin  və  bir 
də Süleyman Stallıdır.
Müasirimiz  olan  milliyyətcə ləzgi şair və yazıçıları  da 
vardır  ki,  onların  da  yaradıcılığında  Azərbaycan  dili 
önəmli  yer  tutur.  O  baxımdan  rəhmətlik Əmir  Mustafa­
yevin,  daha  sonra  Kələntər  Kələntərlinin,  Sədaqət  Kəri- 
movanın,  Şərafət  Dağıstanlımn  və  başqalarının  da  adla­
rını  çəkmək  olar.  Vaxtı  ilə  Qusarın  Xuluq  kənd  mək­
təbində müəllimlik  fəaliyyəti  ilə məşğul  olarkən  ləzgilərlə 
qaynayıb  -  qarışmış,  daha  yaxından  dostlaşmış,  poetik 
dünyasında  bu  yöndə  sözünü  demiş,  ləzgilərin  «Periza- 
da»  adlanan  qədim  xalq  mahnısından  duyğulanan 
Əhməd  Cavadın  «Pərizadə» adlı  şeiri  onun  ləzgilərə olan 
ehtiram və məhəbbətindən yaranmışdır.
Bu  yöndə  Səməd  Vurğunun  da  admı  böyük  fəxrlə 
çəkmək  olar.  Onun,  bir  neçə  dəfə  bizim  Quba  və  Qusar 
rayonlarından SSRİ Ali Sovetinə deputatlığa  namizədliyi 
verilib  və  seçilib.  Səməd  Vurğun  bir  ovçu,  bir  təbiət 
vurğunu  kimi  də Qusan  qarış-qarış  gəzib,  onun  qənirsiz 
gözəlliyindən  ilhamlanıb, duyğulanıb.
86
___________
‘Elbrus Şahmar_________________________ ^ _____________
Qardaş,  bu  yöndə  daha  çox  misallar  çəkmək  olar. 
Elə  götürək  yaxın  keçmişimizi.  Rəhmətlik  Zeynalabdin 
Tağıyevin  müəssisə və neft  mədənlərində yüzlərlə ləzgilər 
işləyib, ailələrin  ruzusunu  qazanıb.  Hacının  bütün  maliy­
yə  və  iqtisadi  məsələlərinə  baxan  da  milliyyətcə  ləzgi 
olub.
Bizlər  bütün  savaşlarda,  eləcə də erməni  işğalçılarına 
qarşı  birlikdə  vuruşmuşuq,  barmaqla  saya  gəlməyən 
şəhidlər vermişik.
Sözümü  belə  bir  fikrimlə  bitirirəm,  bizim  dostluğu­
muza  inanmamaq  göydə  günəşi  -   ayı  danmaq  deməkdi. 
Ya da  ki, gərək  tam  şüursuz  olasan  ki,  buna  inanmaya­
san.
-  Zeynəddin  müəllim,  biz  neçə  günlərdi  ki,  dərdləşirik, 
dirsək söhbəti eləyirik. Bu günlərdə nə siz darıxdınız, nə də 
mən  təngidim.  Söhbətlərimiz  sübh  tezdən,  bu  payız  günlə­
rinin  qırovunda  da  olub,  günorta  çağı  da,  axşamın  alato- 
ramnda da.  İndilikdə isə bu  günkü söhbətimizə qüruba  ye­
nən  günəş  dağların  zirvəsində  qızıl  taca  bənzədiyi  zaman 
kəsiyində xitam verməzdən əvvəl  bir şeyi də nəzərinizə çat­
dırmaq  istərdim.  Bəzən  araqarışdıranlar  da  olur,  aramızı 
vurmaq  üçün  dəridən-qabıqdan  çıxanlar  da.  Deyirəm 
birdən...
- Sözünüzü kəsdiyimə görə üzr istəyirəm.
Mən  qəti  əminəm  ki,  araqarışdıranlar  nə  qədər  mey­
dan  sulamaq  istəsələr  də,  onlar  qol-qanad  aça  bilməzlər. 
Onu  da  deyim  ki,  mən  fatalist  deyiləm,  inanıram  ki,  hər 
kəs  öz  alın  yazısını  yazır,  kim  nə  eləsə,  o  da  qabağına 
çıxacaq.  Bilirsiniz  bəzi-para  adamların  iddiası  ona  oxşa­
yır  ki,  biri  acgözlük  edib  ona  verilən  plovdan  çox  yeyib 
qarın  ağrısına  düşür,  sonra  da  plovu  bişirənin  və  payla-
87
_______  
Qusar beşiyim manim


TIS
tus
 Şahmar
yanın  yaxasından  yapışıb  onları  günahkar  bilir,  mü­
hakimə etmək istəyir.
Elə  bilirəm  ki,  elə  bir  ləzgi  olmaz  ki,  onun  azərbay­
canlı  dostu  və  qohumu  olmasın.  Eləcə  də  elə  bir  azər­
baycanlı  olmaz  ki,  onun  ləzgi  dostu,  yaxud  qohumu 
olmasın.  Elə  götürək  bizim  özümüzü.  Siz  nədən  mənim 
barəmdə  kitab  yazırsınız,  axı  ona  görə  mən  sizə  heç  nə 
vəd etməmişəm,  axı  Sizin  bu  yöndə  heç bir  maddi  mara­
ğınız  yoxdur.  Demək  Sizi  bu  addım  atmağa  şövq  edən 
sizin  təkcə  mənimlə  deyil,  ümumən  ləzgilərə  olan,  dost 
münasibətinizdir.  Üstəlik  onu  da  deyim  ki,  siz  qusarlı 
olan  və  respublikamızda  ad-san  çıxartmış  Ərzuman  Zül­
füqarov və Əziz Səfıxanov barədə də kitablar yazmısımz.
Bütün bunlar bizim dostluqdan irəli gəlmirmi?
Ona  əminəm  və siz  də  əmin  olun  ki,  bizim  uzaq  keç­
mişdən  yol  alıb  gələn  bu  dostluğumuza,  qardaşlığımıza 
heç  kim  mane  ola  bilməz.  Fikrimi  müqəddəs  kitabımız 
«Quran»m  35-ci  surəsinin  10-cu  ayəsi  ilə'bitirirəm:  «O 
kəslər ki,  hiylə qurub pis işlər törədərlər, şiddətli  bir əzab 
gözləyir onları.  Boşa çıxar hiylələri.»
8 8
o
o m
u r -
c


'^M Z ahiri  süni  nəzakət  əslində  nəzakət  deyildir, 
ustü pərdələnmiş təhqirdir?
Baltasar Qrasianj
Л  Äx'Qonşu haqqı -  Tanrı haqqı.
G /
q

Kitabi Dədə Qorqud^
Dilənçi var, yüz dilənçi saxlayar. 
)
Şıxəli  Qurbanov
Abırsızdan abırını saxla.
Azərbaycanın atalar sözü 
Hərbiçiləri və rəiyyəti ümid və qorxu arasında 
saxlamışam.
Əmir  Teymur
Sən  öz  yolunla  get,  qoy  adamlar  nə  deyirlər 
desinlər.
Dantel
Kommunistlərə  gündə  24  saat,  həftədə  7  gün, 
ildə 52 həftə göz qoymalıyıq.
D. D. Eyzenhauer 
Sabiq A B Ş prezidenti, 
Bizdən bu dünyada hünər qalacaq!
Səməd  Vurğı
insan zamanın tələb etdiyi kimi olmalıdır.
V.Şekspiı
Qusar beşiyim rmnim
İKİNCİ SÖHBƏT
Dünya az yetirər belə adamı, 
Dəryadan dərindir eşqi, ilhamı. 
Hikmətli sözləri, şirin kəlamı 
Zehnimi gün kimi gülgün edibdir.
Süleyman Stallı

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin