Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim,  bəlkə  bu  yöndə daha  ətraflı  söh­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə34/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   30   31   32   33   34   35   36   37   ...   174
-  Zeynəddin  müəllim,  bəlkə  bu  yöndə daha  ətraflı  söh­
bət edək, bir daha yaxın-uzaq keçmişimizə səyahət edək?
-  Mən  elə  sizin  kitablarınızdan  bu  yöndə  oxuduqla­
rında sualınıza cavab vermək istərdim:
Bütün  məqamlarda  «Allah  kərimdi»,  «Allaha  təvək­
kül»  dedik.  Allah  isə  deyir  ki,  səndən  hərəkət,  məndən 
bərəkət.  Çox  vaxt  mühafizə  edə  bilmədik,  ehtiyatlılığı- 
mızı,  sayıqlığımızı  itirdik.  Və  itirə-itirə  kiçildik,  talan, 
qarət  olduq.  Hər  şeyi  tale  və alın  yazısı  bildik.  Dedik  ki, 
Allah  yaratdığını  özü  də  hifz  edər.  Unutduq,  peyğəm­
bərimizin  bu  sözünü:  «Allaha  güvənin,  ancaq  dəvəni 
bağlamağı  unutmayın.»  Bir  tərəfdən  də  gəlişi  gözəl  söz­
lərin,  yalançı  nəvazişlərin  və  saxta  məhəbbətin  hesabına 
murdar  niyyətlər,  pis  işlər  də  həyata  keçirilir.  Bu  isə 
bizim  mənəvi  məğlubiyyətimiz  və  tənəzzülümüzdü.  Bir 
tərəfdən  də suyumu,  niyyəti  pis olan  bəzi  qələm  sahibləri 
Əlinin  papağını Vəlinin  və Vəlinin  papağını Əlinin  başına 
keçirməklə  başımızın  altına  yastıq  qoydular.  Həzrət  Əli 
demişkən:  «Zatı  pak  olan  şəxsin  ağzından  pis  söz  çıx­
maz».  Qəvi  düşmənlərimizdən  başqa  bizə doğma  olanlar 
da  bir  tərəfdən  qənim  kəsildi  ala  ocağımıza,  ana  yurdu-
93
_____________________________________Qusar beşiyim manim


•Elbrus Şahmar
muza,  küll  halında  Azərbaycanımıza.  V.Şekspir  demiş- 
kən:  «Qanımıza  ən  çox  həris  olanlar  qanımıza  ən  çox 
yaxın olanlardı. Xainlərin qanım tökmək isə ədalətdir.»
Həqiqətin  inkaredilməz  hökm  dairəsi  var.  Vətən  mə­
həbbəti 
insanın 
doğulduğu 
dam-daşdan 
başlayır. 
Ü.Hacıbəyli deyirdi:  «Binanın son daşı heç vaxt  bünövrə 
daşını  inkar  edə  bilməz,  etsə  özü  yuxarılarda  dayana 
bilməz».
Son  20  ildə  neçə-neçə  ahılımız,  cavanımız  torpaq 
həsrətilə dünyalarını dəyişdi.
Böyüklərin  ətəyindən  tutan  şərəfsiz  adamlardan  nə 
qədər zəhləm  gedirsə,  bir o  qədər də şərəfsizlərin  tərəfini 
saxlayan böyüklərdən gedir.  Bizim arxalandığımız haqqı­
mız  və  həqiqətimizdi.  Düşmənlərimizin  isə  güvəndiyi 
zordu,  yalandı,  iftira  və  böhtandı,  qarayaxmadı,  yalına 
yalmandığı ruslardı.  Zaman  keçər zor qüvvədən düşər,  it 
sahibinin  itə  acığı  tutar,  yalını,  sümüyünü  verməz.  Bax, 
onda  həqiqət  öz  yerini  tapar,  ədalət  öz  sözünü  deyər, 
mizan-tərəzi öz ölçüsünə düşər.
Sultan Məcid Qənizadə yazılarının birində göstərir ki, 
İvan  Qroznı  belə  deyirmiş:  -  Tatarlar,  türk,  pers  (fars), 
çeçen və sairə gərəksiz zir-zibillərin əlindən biz rus milləti 
çox  qanlar  udmuşuq.  İndi  böyük  Rusiyada  onlar  üçün 
yer  yoxdur...  Haydı!  Hara  gedirsiniz,  gediniz  -   yol 
açıqdır, Tursiyaya, Persiyaya. Nu...»
Budur,  rus  çarlarının  zaman-zaman  bizlərə  olan 
münasibəti,  baxışı  və  niyyəti.  Ədəb-ərkandan  çox-çox 
uzaq  olan  bu  sözlərin  içində ermənilərin adım hallandır- 
mayan  çar  bizə  yol  göstərir,  ancaq  Pyotr  kimi  o  da 
gözlərini  bizim  münbit,  eyni  zamanda  strateji  cəhətdən 
sərfəli olan torpaqlarımızdan çəkmir.
9 4
İndisə  vaxtilə  şərəfmə  heykəllər  ucaltdığımız,  xiya­
banlar,  şəhərlər saldığımız,  bütün  ali  məclislərdə adlarını 
ehtiramla  çəkdiyimiz,  bolşeviklərin  mənəvi  atası  sayılan 
Leninin  yaxın  silahdaşlarından  biri,  az  qala  ətəyində 
namaz qılınan  Şaumyanm  Andronikdən aldığı  teleqrama 
cavab olaraq ünvanladığı teleqrama nəzər salaq.
«Xalqın rəhbəri Andronikə!
Sizin  teleqramı  aldım.  Mətni  bütünlükdə  Moskvaya, 
mərkəzi  hökumətə  çatdırdım.  Öz  tərəfimdən  Sizin  şəxsi­
nizdə əsl  xalq qəhrəmanını  salamlayıram.  Əgər  Kaçaznu- 
ni  (daşnak  hökumətinin  ilk  başçısı  olub) və  başqaları  da 
Sizin  kimi  olsaydılar,  erməni  kəndliləri  indiki  faciəni  ya­
şamalı  olmazdı.  Sizin  bayrağınız  altında  döyüşən  bütün 
igid əsgərlərə və bütün zəhmətkeş əhaliyə salam söyləyin.
Stepan Şaumyan».
Bu  da  lənətullah  Şaumyan,  vaxtilə  adını  fəxrlə  çək­
diyimiz,  ehtiram  əlaməti  olaraq  ayağa  durduğumuz,  al­
qışladığımız,  şəkillərini  iş  otaqlarımızda  asdığımız  (hansı 
ki,  özü  boğazdan  asılmağa  layiq  idi),  guya  sümüklərini 
silahdaşlarının  sümükləri  ilə  Bakımızın  mərkəzində  mü­
qəddəs  torpağımıza  tapşırdığımız,  toy-düyündə,  bayram 
günlərində,  onun doğum  günündə,  «qətlə yetirildiyi  gün­
də» üstünə gül-çiçək  qoyduğumuz,  şəninə qiymətli  sözlər 
dediyimiz,  adını  şəhərimizdə,  rayonlarımızda,  kolxoz  və 
sovxozlarımızda,  küçələrimizdə  əbədiləşdirdiyimiz,  şərə­
finə  heykəllər  ucaltdığımız  Şaumyan  -   yırtıcı  canavar, 
xalqımızın qanına yerikləyən vəhşi  köpək.
Şərq  və  Qərbin  ən  böyük  simalarından  biri,  elm  fə­
daisi,  professor  Mirzə  Kazımbəylə  bağlı  bir  əhvalatı  xa­
tırladım.  Mirzə  Kazımbəy  ömrünün  sonlarında  səfərdə 
olarkən  London  şəhərində  yerləşən  Asiya  muzeyində
_______________________ _____________ Qusar beşiyim  rratıim
_____95


'Elbrus Şahm ar
Nizami  Gəncəvinin  əlyazması  olan  nadif  nüsxəsinə  rast 
gəlir  və  o,  bu  tapıntıdan  sevindiyi  qədər  də  qəmlənir  və 
fikrə  dalır.  Bu  vaxt  muzeyin  işçisi,  onu  «bizə  satıblar» 
deyir.  Sonra  da  əlavə  edir  ki,  əgər  satmasaydılar,  yəqin 
ki,  indi  it-bata  düşərdi.  Mirzə  Kazımbəy də  köks  ötürüb 
acıqlı-acıqlı  deyir:  «İxtiyarım  olsaydı,  bu  əlyazmalar 
üçün sizdən pul alan o adamın əllərini kəsərdim.»
Məndə  belə  bir  inam  var  ki,  Nizaminin  həmin 
əlyazması da erməni əli ilə xaricə satılıb.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin