«M əktəb həyat üçün hazırlıq deyil, həyatın özüdür.» - Zeynəddin müəllim mən sizinlə bir daha üz-üzə, göz-
gözə dayanıb söhbətləşmək, dərdləşmək istəyirəm. Burda
oxucu bir daha sizinlə yaxından tanış olacaq, sizin keçdi
yiniz ömür yolunu izləyəcək, bu yolun eniş-yoxuşları, ağrı-
acıları və sevinci ilə, eləcə də həyata baxışlarınızla tanış
olacaq. Onu da deyim ki, cavab həsrətində olan həmin
suallar sizin insanlıq dünyanızı gözlərimiz qarşısında can
landıracaq.
Bildiyiniz kimi Sizə ehtiramım, hörmətim və sayqılarım
çoxdur. Çünki Siz özünüz üçün yaşayan, təkcə öz xeyrini
güdən kişilərdən deyilsiniz. Axı, Siz mərd kişilərdənsiniz,
xeyirxah və səxavətlisiniz. Olduqca qonaqpərvərsiniz. Bu
yöndə ömür-gün yoldaşınız Şərqiyyə xanımın da adını
əminliklə çəkirəm. Mənə elə gəlir ki, qonağınız olmadığı
günü nigarançılıq keçirirsiniz, sanki həmin günü ömrü
nüzdən saymırsınız. Onu da bilirəm ki, tamah deyilən şey
sizdən uzaqdı və siz nəfs qulu olanlardan zəndeyi-zəhləniz
91