- Zeynəddin müəllim, bəs o vaxt sizinlə oxuyan şagird lərdən kimləri xatırlayırsınız? - Şagird yoldaşlarımdan da çoxları dünyalarını dəyi
şib, az-az sağ qalanları da var. Onu deyim ki, bizim kənd
məktəbini bitirən şagirdlərin bir çoxu sonralar təhsillərini
1 0 0
davam etdirmiş, müxtəlif vəzifələrdə işləmişlər. Onlardan
neçəsi də kənddə qalıb yaşayan sadə peşə adamları olub.
Məktəbli yoldaşlarımdan ikisinin adını çəkirəm -
onlar hərbiçi polkovnik İsgəndər Quliyev və bir də
Maxaçqala şəhərində məskunlaşmış hərbiçi polkovnik
Anibala Mirzə oğlu Yardumovdur. Onun 2007-ci ildə
Maxaçqalada çap olunmuş «Yarıməsr hərbiçilər sırasın
da» adlı kitabı maraqla oxunan kitablardandır. Onu da
deyim ki, həmin kitabda biz şagird yoldaşları da xatır
lanırıq.