Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim,  internat  məzunlarından  sizdən



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə48/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   44   45   46   47   48   49   50   51   ...   174
-  Zeynəddin  müəllim,  internat  məzunlarından  sizdən 
xəbər tutanlar varmı?
- Əlbətdə, var.  Mənimlə telefon əlaqəsi  saxlayanlar da 
var,  görüşümə  gələnlər  də.  Onlardan  neçəsi  sadə  peşə 
adamlarıdı,  neçəsi  yüksək  vəzifələrdədir,  aralarında  hə­
kimlər,  müəllimlər,  müxtəlif  peşə  sahibləri  var.  Mən 
onların uğurları ilə fəxr edirəm.
-  Bilirəm  ki,  şeirləriniz  də  var,  bəlkə  onların  bir  neçəsi 
ilə bizləri tanış edəsiniz.
_______________________________ Qusar beşiyim tmnim
121


'Elbrus Şahmar
(
- Onu da deyim  ki, belə gözəlliklər diyarında yaşayan 
hər bir kəsin  öz poetik  dünyası  var, çox az adam  olar ki, 
bir-iki  bənd  şeiri  olmasın.  Mən  də  eləcə,  hərdən  şeir 
deməyim olur və dediyim şeirləri heç bir vərəqə də yazmı­
ram,  sonradan  bir  çoxu  yadımdan  çıxır.  İndilikdə 
yadımda olanlardan bir neçə misra deyərəm:
Vurulmuşam vüqarına,
Mərdlər təkin duran dağlar.
De,  nədəndi sinəndəki 
Belə boran,  duman,  dağlar.
Ağır illər gəlib keçdi,
Yaxşı-yaman seçib keçdi.
Neçə mərdi biçib keçdi,
Sən oldun haqq soran,  dağlar.
Söyləyirəm,  inan gerçək,
Qonağınam, suyun içək.
Çiçəklərdən ləçək-ləçək 
Məhəbbətin hörən dağlar.  '
Sən gəl dostun üzünə bax,
Namərd kəsin gözünə bax.
Zeynəddinin sözünə bax,
Ürəyim tək  vuran dağlar.
Belə bir şeir də demişəm nə vaxtsa:
Nə qədər taleyim olsa da acı.
Həyatdan küsməyim yaraşmaz mənə.
Zəhmətdir insanın ən yüksək tacı,
Zəhmətsiz yaşamaq yaraşmaz mənə.
122___________________________
Nə vaxtsa belə bir bənd şeir də demişəm:
Vədlərimiz düz olmazsa.
Düzələrmi zəmanəmiz?
Sözlə əməl tərs gələrsə,
Təmizlənməz əqidəmiz.
«Nazlı ceyran» adlı  üç bənd şeirimin  iki  bəndi yadım- 
dadı:
Məhəbbətin diyarında,
Gəl barışaq nazlı yarını.
Düşüb eşqin alovuna 
Gə! alışaq,  nazlı ceyran.
Eşq nəğməmiz sevgidəndi.
Qismətimiz xudadandı.
Küsməyimiz fitnədəndi.
Gəl barışaq,  nazlı yarım.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin