- Ömürlük yaşamaq üçün uzaq-uzaq məmləkətlərə üz tutanlar bu barədə fikrinizi bilmək istərdim. 106___________________________________________________ _______________
I
'I
1
*
:
i i
- Ana vətəni, ana yurdu, ata ocaqlarını göz bəbəyi
kimi qorumaq, onun ağrısı ilə ağrımaq, sevinci ilə sevin
mək hər birimizin müqəddəs borcudu. Heç vaxt fikirləş
məyək ki, o, bizə nə verib (əslində çox şey verib, onu
sadalamağa ehtiyac görmürəm). Götür-qoy edək ki, biz
ona nə vermişik. Zərurət olmadan xoş gün-güzəran üçün,
başqa məmləkətlərə ömürlük yaşamaq üçün üz tutmaq
ən azı böyük günahdır. Elə bilirəm ki, mənim fikir və
düşüncələrimə şərik olasınız.
Belə bir təmsil var. Deyirlər, uçan bir bayquşdan
göyərçin hara üz tutduğunu soruşar. O da cavab verir ki,
qərbə uçur. Göyərçin soruşur, niyə öz doğma yerlərini
atıb qürbət yerlərə uçursan? Bayquş cavab verir:
- Ona görə ki, burda məni sevmirlər, bəyliyimə şübhə
edirlər ki, səsim zəhlətökəndir.
Göyərçin də ona cavab verir:
- A bayquş, sən doğma yerləri yox, öz səsini dəyişmə
lisən. O səs ki, səndədi, heç qürbətdə də səndən xoşu
gələn olmayacaq.
Onu da deyim ki, dolanışıqla bağlı bir müddət xaricə
üz tutmaq, orda hansısa bir yararlı iş görmək, yaxud
təşkil etmək, yeri gələndə Azərbaycanımızı müsbət məna
da tanıtdırmaq, əlbətdə alqışa layiqdir. Ancaq heç bir
məcburiyyət olmadan Vətəni atıb getmək, bayaq dediyim
kimi, böyük günahdı, böyük də cinayətdir.